Accessibility links

Tillerson Avropa İttifaqını ABŞ-ın dəstəyinə əmin edib


ABŞ dövlət katibi Reks Tillerson və Avropa İttifaqının xarici siyasət məsələləri üzrə yüksək səviyyəli nümayəndəsi Federika Mogerini Brüsseldə birgə mətbuat konfransı zamanı
ABŞ dövlət katibi Reks Tillerson və Avropa İttifaqının xarici siyasət məsələləri üzrə yüksək səviyyəli nümayəndəsi Federika Mogerini Brüsseldə birgə mətbuat konfransı zamanı

ABŞ dövlət katibi Reks Tillerson bu gün Brüsseldə Avropa rəsmiləri ilə görüşləri zamanı Avropa İttifaqına ABŞ-ın güclü dəstəyini vəd edib.

“Amerika və Avropa İttifaqı arasında tərəfdaşlıq Atlantikanın hər iki tərəfində təhlükəsizlik və tərrəqi naminə ümumi dəyərlər, ümumi vəzifələrə əsaslanır və biz buna sadiq qalmaqda davam edirik”, Tillerson bildirib.

ABŞ-ın baş diplomatı və Avropa İttifaqının xarici siyasət və təhlükısizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndəsi Federika Mogerini İranla nüvə razılığı, Şimali Koreyanın nüvə təhlükəsi və terrorizmə qarşı mübarizə səylərini müzakirə edib.

Biz habelə İranın Suriyaya münaqişə zonasına silah və döyüşçü qüvvə gətirməsi və terrorçu təşkilat olan Hezbullaha davam edən dəstəyinin yaratdığı qeyri-sabitləşdirici təsirini bilirik.
Reks Tillerson

“Bizim İŞİD-in məğlub edilməsində ümumi məqsədlərimiz mühümdür, amma İŞİD-ı təkcə İraq və Suriyada deyil, İŞİD-ı qlobal miqyasda məğlub etmək. Biz İŞİD xilafətinin və onun İraq və Suriyada uzun müddət törətdiyi terrorun nəticələrini görürük, bu, indi sona çatmaq üzrədir”, Tillerson bildirib.

İranla nüvə sazişinə gəldikdə ABŞ dövlət katibi deyib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Tehranın Birgə Əhatəli Fəaliyyətə dair Planın şərtlərinə əməl etməsinə nail olunması səylərini davam etdirəcək. O, eyni zamanda, “İranın bütün regionda sabitliyə mane olan bir sıra fəaliyyətlərlə məşğul olduğunu” əlavə edib.

Biz İranın bunun bizim üçün qəbuledilməz olduğunu başa düşməsi üçün fəaliyyət göstərməyə davam edəcəyik.
Reks Tillerson

“Biz habelə İranın Suriyaya, münaqişə zonasına silah və döyüşçü qüvvə gətirməsi və terrorçu təşkilat olan Hezbullaha davam edən dəstəyinin yaratdığı qeyri-sabitləşdirici təsirini bilirik. Bu məsələlər və İranın bu fəaliyyətləri diqqətisz və cavabsız qalmamalıdır və biz İranın bunun bizim üçün qəbuledilməz olduğunu başa düşməsi üçün fəaliyyət göstərməyə davam edəcəyik”, Tillerson bildirib.

Federika Mogerini öz növbəsində, Avropa İttifaqının ABŞ-la sıx əməkdaşlıq şəraitində işi davam etdirəcəyini bildirib.

“Nüvə razılaşmasının yalnız nüvə məsələləri ilə bağlı olacağı haqda razılıq əldə edilib” o bildirib. Mogerini BMT-nin nüvə agentliyi-Beynəlxalq Atom Enerjisi agentliyi tərəfindən dəfələrlə təsdiqlənən razılaşmanın pozulmasının düşüncəsizlik olacağını əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG