Accessibility links

ABŞ Şimali Koreya ilə birbaşa kommunikasiya kanalı açıb


ABŞ Şimali Koreya ilə birbaşa kommunikasiya kanalı açıb və Kim Çen In rejiminin nüvə silahları iddiasından geri çəkilmələri ilə bağlı müzakirələrdə maraqlı olub-olmadıqlarını araşdırır.

Bu sözləri Çində səfərdə olan ABŞ Dövlət Katibi Reks Tillerson deyib. Dövlət Katibinin Pekinə səfərinin əsas məqsədi Çinin Koreya Xalq Demokratik Respublikasına qarşı “maksimum təzyiq” kampaniyasında əməkdaşlıq etməsidir.

Koreya yarımadasında gərginliyin artdığı bir zamanda Tillerson Çin prezidenti Şi Tsinpinq ilə Şimali Koreyanın nüvə proqramı müzakirə etməklə yanaşı, noyabr ayında ölkəyə prezident kimi ilk dəfə gələcək Donald Trampın səfərinə hazırlıq işləri ilə məşğul olub.

ABŞ Çin rəsmiləri ilə Şimali Koreyanın kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalının azaldılması ilə yaxın məsləhətləşmələr aparır.

Tam icra edildiyi halda bu ixtisarlar Şimali Koreyanın gəlirlərini əhəmiyyətli şəkildə azaldacaq. Dövlət Departamentinin verdiyi məlumata görə, Şimali Koreya 2016-cı ildə Çindən ixrac olunan məhsullardan 1.5 milyard dollar qazanıb.

Çin Şimali Koreyanın bir nömrəli ticarət tərəfdaşıdır. Vaşinqton deyir ki, sanskiyalar təşəbbüsünə Çinin də qoşulması Pxenyanın ağır valyuta qazanmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.

XS
SM
MD
LG