Birləşmiş Ştatlar İŞİD militantlarını İraq və Suriyada geniş ərazilərdə nəzarəti itirdikcə dini azlıqlar və müxalif etnik qruplara qarşı qəddar zorakılıqlarda ittiham edib.
ABŞ dövlət katibi Reks Tillerson deyib ki, İŞİD “ tam yəqinliklə soyqırım və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır”.
Tillerson ABŞ Dövlət Departamentinin dünyanın 199 ölkəsində din azadlığına dair illik hesabatı təqdim edərək deyib ki, dini zəmində təqiblər və dözümsüzluk hələ də çox geniş yayılıb”.
Heç kəs qorxu içində yaşamamalı, gizli ibadət etməməli, ya da inancına görə ayrı-seçkiliyə məruz qalmamlıdır.Reks Tillerson
ABŞ-ın baş diplomatı bildirib ki, “dünya əhalisinin demək olar 80 faizi onların din azadlıqlarının məhdudlaşdırıldığı və ya buna düşmən münasibət göstərildiyi şəraitdə yaşayır. Din azadlığının müdafiə olunmadığı yerlərdə insan hüquqları pozuntuları və zorakı ekstremizmin kök salmasına böyük imkan yaranır. Biz bu şəraitləri nəzərə almaya bilmərik.”
Yeddi ölkə
Dövlət katibi Tillerson hökumətləri dindarlarla rəftarda pozuntulara yol verən yeddi ölkəni qeyd edib. Bu ölkələr İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Bəhreyn, Çin, Pakistan və Sudandır. Tillerson deyib ki, bu ölkələr müxtəlif vasitələrlə dini iyinlərini icra edən dindarları pis rəftar, həbs və edam cəzaları ilə qorxudur.
“Heç kəs qorxu içində yaşamamarlı, gizli ibadət etməməli, ya da inancına görə ayrı-seçkiliyə məruz qalmamlıdır”, Tillerson bildirib.
Lakin ABŞ dövlət katibi İŞİD-ə qarşı daha detallı ittihamlar irəli sürüb.
Dini azlıqlar və zorakı ekstremizmin hədəfi olan başqalarının müdafiə olunması prezident Donald Tramp administrasiyasının insan haqları sahəsində əsas prioriteti olaraq qalır.Reks Tillerson
“Biz İŞİD-i məğlub etmək və onları xilafətlərindən məhrum etmək işində inkişaf əldə etdikcə, onların terrorçu üzvləri təcavüz, insan oğurluğu, qul kimi saxlamaq və hətta öldürmək məqsədilə bir sıra dini və etnik qrupları hədəf almaqda davam edir”, Tillerson bildirib.
Tillerson daha sonra deyib: “Əldə olan faktlar İŞİD-in nəzarətdə saxladığı və qrupun nəzarətində olduğu ərazilərdə tamamilə açıq şəkildə yəzidilər, xristianlar və şiə müsəlmanlara qarşı soyqırıma görə məsuliyyət daşıdığı haqda nəticə çıxarmağa əsas verir.”
ABŞ-ın prioriteti
Dövlət katibi deyib ki, Tillerson bildirib ki, dini azlıqlar və “zorakı ekstremizmin hədəfi olan başqalarının müdafiə olunması prezident Donald Tramp administrasiyasının insan haqları sahəsində əsas prioriteti olaraq qalır.”
ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, İraq hərbi qüvvələrinin ölkənin şimalında İŞİD-dən azad etdiyi Mosul şəhərində militantlar “bütün dini icmaların üzvləri, xüsusilə də qeyri-sünnilər əleyhinə zorakılıq kampaniyası aparıb”.
Dövlət Departamenti bildirib ki, “İŞİD nəzarətində olan ərazilərdə ayrı-ayrı şəxsləri və kütləvi şəkildə insanları qətlə yetirib, zorlama, insan oğurluğu, saxlnama və kütləvi şəkildə insanların oğurlanması, işgəncə, insanların qaçırılması və qeyri-müsəlman oğlan uşaqlarının zorla dininin dəyişdirilməsi, dini azlıqlara mənsub qız və qadınların qul kimi saxlanması və seksual köləliyə məcbur edilməsinə yol verib.”