Accessibility links

Tillerson ümid edir ki, diplomatiya Şimali Koreya problemini həll edəcək [Video]


Tillerson ümid edir ki, Şimali Koreya problemi diplomatiya ilə həll ediləcək
please wait

No media source currently available

0:00 0:01:50 0:00

ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreya ilə ilkin şərtlər irəli sürmədən açıq danışıqların keçirilməsini təklif edir. Lakin əlavə edib ki, Pxenyan bunun üçün nüvə və raket proqramının istiqamətini dəyişmək seçimini etməyə hazır olmalıdır.

Antantika Şurasının toplantısında dövlət katibi Reks Tillerson Şimali Koreyanın nüvə proqramı və raket sınaqlarına görə yaranmış qarşıdurmanı diplomatik yolla həllinə çalışır.

“Şimali Koreya istəsə, biz istənilən vaxt danışıqlara hazırıq. Biz heç bir ilkin şərt irəli sürmədəm ilk görüşümüzü keçirə blərik. Gəlin görüşək. Bu, dəyirmi masa və ya birinin digərinin mövqeyini nəzərə almaqla keçirilə bilər.”

Şimali Koreya son aylar bir sıra ballistik raket sınaqları həyata keçirir. Hwasong-15 raketi ötən ay sınaqdan keçirilib. Təhlilçilər və hökumət rəsmilərinin bildirdiyinə görə, raket Amerikaya çatacaq qabiliyyətə malikdir. Bu isə Koreya yarımadasında nüvə toqquşmasına gətirib çıxara bilər. Tillerson danışıqların yalnız sınaqlar dayandırıldığı halda mümkünlüyünü qeyd edib.

“Hər hansısa şərt irəli sürülsə, danışıqlar çətinləcəşək. Müzakirələr gedərkən sınaq keçirmək də işi asanlaşdırmayacaq. Başa düşməlisiniz ki, biz danışırıq. Bunun üçün sakitlik olmalıdır.”

Tillerson Şimali Koreyaya qarşı dinc təzyiq göstərildiyini desə də, diplomatiya işləməsə ağır sanksiyalar və digər ölçülərin də uğurlu ola biləcəyini deyib.

O bildirib ki, Çin Şimali Koreya ilə qarşıdurma şəraitində o ölkədən kütləvi qaçqın axını ilə bağlı öçülər hazırlayır.

XS
SM
MD
LG