Accessibility links

Tillerson ABŞ-ın İran nüvə sazişində qalması yolları üzərində çalışır


Tramp administrasiyası aparıcı qanunvericilərlə ABŞ-ın İranla əldə edilən nüvə sazişində qalması üçün lazım olan dəyişikliklər üzərində çalışır. Bu sözləri cümə günü Associated Press agentliyinə müsahibəsi zamanı dövlət katibi Reks Tillerson bildirib.

Dövlət katibi bildirib ki, 2015-ci ildə əldə edilən sazişdə ABŞ-ın iştirakı ilə bağlı qanun dəyişikliyi növbəti həftə edilə bilər. Prezident Trampın yumşaq adlandırdığı İran sazişi ilə bağlı hansı addımlar atılacağı qərarı yaxın günlərdə qəbul edilməlidir.

Trampın istəyinə baxmayaraq, Ağ Ev, Dövlət Departamenti və Konqresin cəlb olunduğu danışqlar İranın nüvə fəaliyyətinə qoyulan məhdudiyyəti sərtləşdirməyəcək. Lakin ABŞ İran sazişin icrasının daha çox gücləndirilməsinə çalışa bilər. Bunun üçünsə, ilk növbədə ABŞ-ın sazişdə qalmasının düzgün qərar olduğunu Trampa inandırmaq lazım olacaq.

Tillersonun sözlərinə görə, prezident ABŞ-ın sazişdə iştirakını ya düzəldəcək, ya da ləğv edəcək: “Biz indi onun verdiyi vədə əsasən, ABŞ-ın İran nüvə sazişində iştirakının düzəltmək prosesindəyik.”

Digər mövzuları da əhatə edən müsahibə zamanı, Tillerson Avropa Birliyini İran etirazçılarına dəstək nümayiş etməməsinə görə tənqid etdi. Şimali Koreya mövzusunda isə Exxon Mobil şirkətinin sabiq rəhbəri, Şimali Koreya və Cənubi Koreya arasında Olimpiya Oyunları ilə bağlı nadir danışıqların Pxenyanın nüvə silahları da daxil olmaqla, daha geniş mövzularda danışıqlara meylli olub-olmaması bildirəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG