Accessibility links

 ABŞ dövlət katibi Pakistandadır


ABŞ dövlət katibi Pakistan liderləri ilə görüşü zamanı Tramp administrasiyasının Taliban və digər yaraqlılara qarşı daha sərt mövqe nümayiş etdirilməsinə dair mesajını çatdırıb.

Reks Tillerson deyib ki, Amerika və Pakistan arasında münasibətlər Əfqanıstan və bu ölkədə sülh və sabitliyin bərqərar edilməsində Pakistanın əməllərindən asılı olacaq.

Dünən Reks Tillerson gözlənilməz səfərlə Əfqanıstanın paytaxtı Kabildə olub.

Bu səfər Qərbin dəstəyi ilə Əfqanıstan hökumətinin yaraqlılarla mübarizə apardığı bir vaxtda baş verir. 2014-cü ildə NATO-nun bütün qüvvələri bu ölkədən çıxıb.

"ABŞ Əfqanıstanın suverenliyi, birliyi və demokratiyasına dəstəyinə aydınlıq gətirib. Bu, o ölkənin sülh və sabitliyi, firavanlığı yolunda atılan bir addımdır" -deyə dövlət katibi bildirib.

Əfqanıstan prezidenti Qani isə deyib ki, ABŞ-ın yeni strategiyası regionda pozitiv dəyişiklərə yol açıb.

ABŞ və Əfqanıstan Talibanın təhlükəli Haqqani şəbəkəsinin Pakistanda fəaliyyət göstərdiyini deyir.

İslamabad isə terrorçuların sığınacaq tapdığı qəbilə ərazilərinin tamamilə təmizləndiyini bildirir.

XS
SM
MD
LG