Accessibility links

Tillerson Körfəz böhranını aradan qaldırmaq məqsədilə Qatara səfər edib [Video]


Tillerson Körfəz böhranını aradan qaldırmaq məqsədilə Qatara səfər edib
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Tillerson Körfəz böhranını aradan qaldırmaq məqsədilə Qatara səfər edib

ABŞ dövlət katibi Tillerson Dohada keçirilən mətbuat konfransında Qatar və Körfəz ölkələrini anlaşılmamazlıqlarını aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, ABŞ diplomatik səylərə yardım etməyə hazırdır amma həllə müdaxilə etməyəcək.

Qətər Körfəz dövlətləri və Misir tərəfindən İran hərbiçilərinin yerləşdirilməsində günahlandırılır. Lakin, rəsmi Doha və Tehran bunu inkar edib. İran İraq və Suriyada İslam Dövlətinə qarşı döyüşən hərbiçiləri dəstəkləyib. Bununla bərabər həm də Hamas terror qrupunu maliyyələşdirərək, Yəməndəki silahlı üsyançılara kömək edib.

İraq və Səudiyyə Ərəbistanı bazar günü birlikdə terrorla mübarizə fəaliyyətlərini gücləndirmək məqsədilə yeni orqan yaradıblar. Tillerson Riyadda keçirilən bu tədbirdə iştirak edib.

İraq və Səudiyyə Ərəbistanı arasında onillərdir davam edən gərginliklərdən sonrakı əlaqələrin yaxşılaşması İraqın bərpası üçün iqtisadi əməkdaşlığı da özündə ehtiva edir. Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi iki ölkə arasında uzun zamandır davam edən soyuq münasibətlərin yerini dolduracağına inandığını bildirib.

İraq Baş naziri Heydər Əl-Abadi bildirir ki, İraq üç il bundan əvvəl İslam Dövləti tərəfindən tutulan ərazinin əksəriyyətini geri aldıqdan sonra ölkədə birliyin qurulması üçün mübarizə aparır. Həmin döyüşlərdə həlledici rolu olan kürdlər keçən ay Bağdaddan müstəqillik tələb edərək Şimali İraqda növbəti gərginliyə səbəb olub. Birləşmiş Ştatların fikrincə, İranın İraq, Suriya, Yəmən və digər regional münaqişələr müdaxiləsi bölgədəki sabitliyi pozur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG