Accessibility links

Tillerson: Rusiya ABŞ-a təhlükə yaradır


ABŞ prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə nominasiya etdiyi Reks Tillerton Rusiyanın ABŞ-a təhlükə yaratdığını və “ölkənin son fəaliyyətlərinin Amerikanın maraqlarına etinasızlıq göstərdiyini” deyib.

Senatın Xarici Əlaqələr Komitəsində namizədliyinin təsidi ilə bağlı dinləmə zamanı suallara cavab verən Tillerson bildirib ki, “Rusiya Ukraynaya müdaxilə kimi hərəkətlərinə görə məsuliyyət daşımalıdır.”

Tillerson qanunvericilərə bildirib ki, ABŞ-ın “NATO üzrə müttəfiqləri Rusiyanın fəaliyyətlərinə görə haqlı olaraq narahatlıq keçirir” və “Trampın Rusiyanın hərəkətlərini ünvanlamaq məqsədilə ölkə ilə daha yaxın əlaqələrə çağırışı “Amerika liderliyinin mövcud olmadığı” bir şəraitdə edilib.

O, Birləşmiş Ştatların kursunun müəyyən edilməsi üçün Rusiya ilə “onun ambisiyaları ilə bağlı açıq və səmimi dialoqa ehtiyacın” olduğunu qeyd edib.

Tillerson enerji nəhəngi olan Exxon Mobile şirkətinin rəhbəri vəzifəsində 40 ildən çox işlədikdən sonra bu yaxınlarda vəzifəsindən istefa verib.

Tillersonun Rusiya ilə böyük neft razılaşmaları onun namizədliyinin Senat tərəfindən təsdiqlənməsini çətinləşdirə bilər. Bir çox qanunverici 2013- ci ildə onun Putin tərəfindən xaricilərə verilən “Rusiya Dostluq Ordeni”-nə layiq görülməsi də daxil olmaqla, Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətləriə malik olmasından narahatlıqlarını bildirib.

Reks Tillersonun Trampın Rusiya ilə yaxın münasibətlər qurmaq çağırışlarını ünvanlayacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG