Accessibility links

ABŞ dövlət katibi Şimali Koreya ilə açıq danışıqlar keçirilməsini təklif edir


ABŞ dövlət katibi Reks Tillerson, Şimali Koreya ilə ilkin şərtlər irəli sürmədən açıq danışıqların keçirilməsini təklif edir. Lakin əlavə edib ki, Pxenyan bunun üçün nüvə və raket proqramının istiqamətini dəyişmək seçimini etməyə hazır olmalıdır.

Tillerson bu təşəbbüsü çərşənbə axşamı Atlantik Şura və Koreya Fondunun forumunda elan edib:

“Bizə lazımdır ki, Şimali Koreya Xalq Respublikası danışıqlar masasına gəlsin. Biz onlara uyğun olan istənilən vaxtda danışıqlar keçirməyə hazırıq. Amma onlar masaya dəyişikliklər etmək istəyi ilə gəlməlidirlər. Eyni zamanda da bizim ordumuzun hazırlıq səviyyəsi güclüdür. Mövcud vəziyyətə görə, prezident bizim ordumuzun hadisələrin hər cür inkişafına müvafiq planların hazırlanması göstərişi verib. Dəfələrlə dediyim sözləri təkrar edəcəm. Mən diplomatik cəhdlərimi davam edəcəm... ilk bomba atılana qədər.”

Tillerson həm də bildirib ki, prezident Çinin Şimali Koreyanın neft təchizatını dayandırmasını görmək istəyərdi, belə ki, Pxenyan sonuncu dəfə Çinin neft axını kəsməsindən sonra danışıqlar masasına oturmuşdu.

XS
SM
MD
LG