Accessibility links

Tillerson: Şimali Koreya təhlükəsinə qarşı bütün variantlar nəzərdən keçirilir


Dövlət katibi Reks Tillerson deyib ki, Şimali Koreyanın artan nüvə imkanları Birləşmiş Ştatlara birbaşa təhlükədir və Vaşinqton bu cür aqressiyaya qarşı özünü qorumaq üçün “lazım olan bütün tədbirləri görəcək.”

“Bu cür təhlükəyə qarşı heç nə etməmək qəbuledilməzdir,” Tillerson deyib.

“Biz ölkəmizin müdafiəsi üçün bütün tədbirlərə əl atacağımımız aydən bildirmişik. Amma biz Şimali Koreya ilə müharibə aparmaq istəmirik,” deyə dövlət katibi Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında bildirib.

Tillerson bu ay Təhlükəsizlik Şurasına başçılıq edən Yaponiyanın Şimali Koreyanın nüvə silahlarını yayması ilə bağlı təşkil etdiyi iclas zamanı çıxış edib.

“Birləşmiş Ştatlar özünü Şimali Koreyanın təcavüzündən qorumaq üçün lazımı tədbirlər görəcək, amma biz ümide dirik ki, dimplomatiya vasitəsilə bir həll yolu tapılacaq,” deyə o bildirib.

Şimali Koreyanın reaksiyası

Şənbə Şimali Koreyanın dövlət mediası yenidən ABŞ prezidenti Donald Trampı hədəf alıb və onun administrasiya rəsmilərini “daha da ağır rüsvayçılıq və məhv ilə üzləşmək istmərilərsə, ehtiyatlı”olmaqla hədələyib.

Bəyanatda həmçinin xəbərdarlıq edilib ki, “əgər Tramp rejimi hərbi yola atsa,” onlar Şimali Koreyanın daha sərt cavab tədbirləri ilə üzləşəcək və “daha da dərin bataqlığa düşəcəklər.”

Rusiyaya çağırış

Vaşinqtonda Tramp prezident Vladimir Putin ilə telefon danışığından bir gün sonra Rusiyanı Pxenyana qarşı təzyiqləri artırmağa çağırıb.

Tramp deyib ki, cümə axşamı baş tutan telefon danışığı zamanı əsas diqqət Şimali Koreyaya ayrılıb. O, Vaşinqtonun Pxenyan məsələsi ilə bağlı Moskvanın yardımına ehtiyacı olduğunu qeyd edib.

“Çin yardım edir, Rusiya isə yox. Biz Rusiyanın yardəm etməsini istəyirik, bu çox vacibdir,” deyə Tramp müxbirlərə bildirib.

İlkin şərtlər olmadan Şimali Koreya ilə danışqların aparılmasını dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala Tramp “Biz nə olacağını görəcəyik. Bizi dəstəkləyənlər çoxdur. Çox sayda ölkə, demək olar hər kəs, bizimlə razılaşır,” deyə cavab verib.

Danışıqların aqibəti

BMT-nin Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın ən yüksək vəzifəli diplmatı şimali koreyalılar ilə danışqlara açıq olduğunu bir daha vurğulayıb, lakin əlavə edib ki, Pxenyan “danışqılar masasındakı yerini geri qazanmalıdır.”

“Təzyiq kampnaiyası nüvəsizləşdirmə əldə olunanadək davam etməlidir və edəcək. Bu arada isə bir kommunikasiyaya açıq olacağıq,” deyə Tillerson bildirib.

İclasdan sonra müxbirlər qarşısında çıxış edən Tillerson bir daha çərşənbə axşamı ABŞ Şimali Koreya ilə ilkin şərtlər olmadan danışıqlar aparmasına dair etdiyi şərhlərindən geri çəkilib.

“Biz ilkin şərtləri qəbul etməyəcəyik,” deyə o bildirib.”Biz heç bir danışıqların ilkin şərti olaraq sanksiya rejiminin yüngülləşdirilməsini qəbul etmirik, biz danışıqların şərti olaraq humanitar yardımın davam etdirilməsini qəbul etmirik,” Tillerson deyib.

Regional səslər

Sülh yolu ilə həllə üstünlük veririk, amma Şimali Koreya davamlı olaraq bu həll yolunu rədd edir,” deyə iclasa sədrlik edən Yaponiya xarici işlər naziri Taro Kono bildirib.

Kono beynəlxalq ictimaiyyəti Pxenyana kursunu dəyişməsi üçün təzyiqi artırmağa çağırıb və Yaponiyanın daha 19 şimali Koreya şəxsinin aksiyalarını dondurduğunu bildirib.

Yaponiyanın xarici işlər naziri Taro Kono
Yaponiyanın xarici işlər naziri Taro Kono

Çinin BMT-dəki səfirnin müavini Vu Haitao bir neçə digər şura üzvü kimi bu vəziyyətin nəzarətdən çıxdığına dair narahatlığını ifadə edib.

“Hazırda Korey Yarımadasında vəziyyət kəskindir, orada qarşıdurma yaşanır, bu isə yarımadanın gələcəyi ilə bağlı nikbinliyi qoruyub-saxlamağı çətinləşdirir. Lakin biz sülhün yaranacağına dair ümidi itirməmişik. Danışıqlar aparmaq hələ də mümkündür, hərbi yol isə qəbuledilməzdir”, Vu deyib.

Həm Şimali Koreya həm də Cənubi Koreya şura qarşısında çıxış edib.

Şurada nadir hallarda çıxış edən Şimali Koreyanın BMT nümayəndəsi Can Sonq Sam Pxenyanın addımını ABŞ-ın nüvə təhlükəsi və hədə-qorxusu qarşısında özünü müdafiə tədbiri olaraq müdafiə edib.

Nümayəndə deyib ki, onun ölkəsi dünyanın “ən güçlü nüvə dövləti” olaraq böyük irəliləyişlər əldə etməyə davam edəcək,” amma bunu məsuliyyəlti nüvə güce olaraq edəcək.

Dövlət katibi Tillerson cavab olaraq, deyib ki, Pxenyanın qeyri-qanuni hərəkətlərinə məhəl qoymamaq olmaz. O həmçinin beynəlxalq ictimaiyyətin nüvə imkanlarına sahib Şimali Koreyaya qarşı çıxmalı olduğunu vurğulayıb.

Şimali Koreyanın BMT-dəki səfiri Ca Noq Sam
Şimali Koreyanın BMT-dəki səfiri Ca Noq Sam

Bu gərginliyə görə onlar özləri məsuliyyət daşıyır və bu məsələri də özləri həll etməlidir,” deyə o, lider Kim Conq Unun rejiminə istinadən bildirib.

Artan imkanlar

“Koreya Xalq Demokratik Respublikası nüvə sınaqları normalarının pozmağa davam edən yeganə ölkədir,” deyə BMT-nin baş katibi Antonio Quterres bildirib.

Sentyabrın 3-də Pxenyan altıncı nüvə testini həyata keçirib və bu 6.1bal gücüncə yeraltı təkana səbəb olub.

Noyabrın 28-də Şimali Korea qitələrarası balistik raket sınaqdan keçirib və bu raketin Birləşmiş Ştatlarda hər hans yeri vurmaq gücünə sahib olduğunu deyib. Cümə günü ABŞ müdafiə naziri Cim Mattis bu iddanı rədd edib.

Mattis Pentqaon müxbirlərinə deyib ki, Pxenyanın hələ ki, Vaşqinqtonda “təhlükə yaratmaq gücünə malik olduğunu” görülmür.

Cari il ərzində rejim 20 balistik raket atıb. Bunlara iki qitələrarası balistik raketin ilkin sınaqları, eləcə də yeni orta-mənzilli balistik raketlərin sınaqları daxildir.

Şimal Koreyaya çıxış yoxdur

Nüvə silahların nəzarət edən beynəlxalq IAEA agentliyi nüvə proqramının statusunu yoxlamaq üçün Şimali Koreyaya çıxış əldə edə bilməyib. Onlar orada baş verənlərə nəzarət etmək üçün peyk görüntülərindən istifadə edir.

BMT sədri Şimali Koreyanı Təhlükəsizlik Şurası qətnamələrinə əməl etməyə və dialoqu davam etdirmək üçün imkan yaratmağa çağırıb.

Ötən həftə BMT-nin siyasi məsələlər üzrə rəsmisi Ceffri Feltman son səkkil ildə ilk dəfə olaraq BMT ilə Şimali Koreya rəsmiləri arasında dərin siyasi fikir mübadiləsi aparmaq üçün Pxenyana səfər edib.

Feltman bu həftənin əvvəli müxbirlərə bildirib ki, o, bir neçə gün ərzində Şimlai Koreya xarici işlər naziri Ri Yonq Ho və xarici işlər üzə vitse-nazir Pak Myonq Quk ilə 15 saat dahav edən danışıqlar aparıb.

XS
SM
MD
LG