ABŞ dövlət katibi Reks Tilleson və digər diplomatlar Suriya hökumətinin öz vətəndaşlarına qarşı kimyəvi silahlardan istifadə etməsini qınayan bəyanat imzalayıb.
Tillerson Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri ilə birgə bəyanat açıqlayıb. Bəyanat BMT müfəttişlərinin Suriya prezidenti Bəşar Əl-Əsəd rejiminin bu ilin əvvəli üsyançıların nəzarətində olan Xan Şeyxunda sarin qazından istifadə edərkən beynəlxalq qanunu pozduğuna dair bu yaxınlarda açıqladıqları hesabatından sonraya təsadüf edir.
“Biz bu dəhşətli hərəkəti qınayırıq və Suriya rejimindən dərhal kimyəvi silahlardan hər hansı şəkildə istifadə edilməsini dayandırmasını və nəhayət malik olduğu bütün kimyəvi silahların Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına təslim etməsini tələb edirik”, bəyanatda deyilir.
Günahkarların məsuliyyətə cəlb olunması, hücumların qurbanları üçün ədalətin təmin olunması və bu kimi hücumların bir daha baş verməsinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin qətiyyətli cavabı mühümdür.
Tillerson və digər diplomatlar bildirib ki, Suriyada kimyəvi silahlardan istifadə edilməsi hallarına diqqət yetirilməsini davam etdirmək vacibdir. Diplomatlar BMT-ni Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı ilə birlikdə yaradılmış Ümumi Təhqiqat Mexanizmi təşəbbüsünü davam etdirməyə çağırıb.
Bəyanata əsasən, müfəttişlər Xan Şeyxunda hücumdan bir həftə əvvəl Suriyanın Əl Lataminah şəhərində sarin qazı ilə daha bir hücumun baş verə bilməsi haqda məlumat verib.
“Günahkarların məsuliyyətə cəlb olunması, hücumların qurbanları üçün ədalətin təmin olunması və bu kimi hücumların bir daha baş verməsinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin qətiyyətli cavabı mühümdür”, bəyanatda bildirilir.
Keçən ay kimyəvi silahlara dair hesabatın açıqlamasından öncə Rusiya BMT-də veto hüququndan istifadə edərək, Ümumi Təhqiqat Mexanizminin mandatının uzadılmasına dair qətnaməni bloklamışdı.