Accessibility links

Tillerson: Tramp mənə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üzərində işləməyi tapşırıb


ABŞ dövlət katibi Reks Tillerson deyib ki, prezident Donald Tramp ona Birləşmiş Ştatların Rusiya ilə münasibətlərinin yaxşılaşdırılması üzərində işləməyi tapşırıb və Rusiyanın Trampın kampaniyası ilə mümkün əlaqələri ilə bağlı mübahisələrin bu səylərə mane olmamalı olduğunu deyib.

Tillersonun bildirdiyinə görə, Rusiya ilə münasibətlər hazırda ən aşağı səviyyədədir və Tramp ona münasibətlərin sabitləşdirilməsi və etibarın yaradılmasına çalışmağı tapşırıb.

"O, mümkün tempdə və mənim inkişafın mümkün olduğunu düşündüyüm sahələrdə səy göstərilməsi məsələsində mənimlə tamamilə açıq idi", Tillerson bildirib.

ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov
ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov

Tillerson bu açıqlamaları Yeni Zelandiyada, Vellinqtonda baş nazir Bill İnqlişlə görüşdən sonra mətbuat konfransında verib.

Tillerson Rusiyaya dair təhqiqatın detalları barədə şərh verə bilməyəcəyini deyərək, kifayət qədər məlumata malik olmadığını deyib.

Dövlət katibinin sözlərinə görə, Tramp ona deyib ki, siyasi mübahisələr onun münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərinə mane olmamalıdır.

ABŞ-ın kəşfiyyat orqanları Moskvanın Trampın qələbəsinə kömək etmək məqsədilə Demokrat Partiyasının email sistemini sındıraraq, Birləşmiş Ştatlarda keçən il prezident seçkilərinə müdaxilə etdyinə dair nəticə çıxarıb. Kreml bu iddiaları rədd edir.

ABŞ Konqresinin bir neçə komitəsi Trampın seçki kampaniyası və Rusiya rəsmiləri arasında mümkün əlaqələrin araşdırılması ilə bağlı təhqiqat aparır.


XS
SM
MD
LG