Accessibility links

ABŞ dövlət katibi Türkiyədə çevriliş cəhdindən danışıb


Bazar günü İstanbulda keçirilən mətbuat konfransı zamanı keçən il Türkiyədə çevriliş cəhdinin ildönümündən danışan Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Tükiyə xalqının demokratiyanı qoruması yolundakı cəsarətini yüksək qiymətləndirib, lakin hökumətin ölkədəki təzyiqləri məsələsinə toxunmayıb.

Tillerson keçən ilin 15 iyul tarixində prezident Rəcəp Təyyib Ərdoğana qarşı edilən çevriliş cəhdinin müvəffəqiyyətsiz nəticələndiyini qeyd edib. "Biz Türkiyə konstitusiyasına uyğun olaraq öz hüquqlarını qoruyarkən, çiçəklənən Türkiyəni müdafiə edərkən yaralanan və həyatlarını itirənləriləri xatırlayacağıq" deyə, Tillerson bildirib.

Ordu nümyəndələri tərəfindən həyata keçirilməsi planlaşdırılan çevriliş cəhdi Ərdoğanın insanları devrilməsinə imkan verməməyə çağırmasından və minlərlə insanın küçələrə çıxmasından sonra baş tutmayıb. Həmin gecə Ankarada polislə hərbiçilər arasında döyüşlər zamanı çoxu mülki vətəndaş olmaqla, 240-dan çox insan öldürülüb.

Keçən ilin iyul ayından bəri Türkiyənin özəl və vətəndaş sektorlarında işləyən 100 mindən çox insan işdən kənarlaşdırılıb, 40 mindən çox insan həbs edilib.

XS
SM
MD
LG