Accessibility links

ABŞ Türkiyə səfirliyi qarşısında zorakılıqla bağlı Ankaraya narazılığını bildirib


ABŞ dövlət katibi Reks Tillerson
ABŞ dövlət katibi Reks Tillerson

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Birləşmiş Ştatlar Vaşinqtondakı Türkiyə səfirliyi qarşısında zorakılıqla bağlı Türkiyə rəsmilərinə narazılığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın keçən həftə Vaşinqtona səfəri zamanı Türkiyənin təhlükəsizlik personalının üzvləri nümayişçilərə hücum edib.

Tillerson Fox News tele kanalına müsahibədə bildirib ki, Türkiyənin ABŞ-dakı səfirinə baş vermiş zorakılığın "tamamilə qəbulolunmaz" olduğu çatdırılıb.

O, təhqiqat aparıldığını deyərək əlavə edib ki, daha rəsmi cavabın verilməsi üçün ilkin təhqiqatın nəticələrini gözləyəcək.

Toqquşma Vaşinqtonda Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib.

Etirazçılar bildirib ki, onlar dinc nümayiş keçirdikləri vaxt Türkiyənin mühafizə işçiləri tərəfindən hücuma məruz qalıblar. Türkiyə isə qarşıdurmaya görə nümayişçiləri günahlandırıb və onların Ərdoğanı görmək üçün orada toplanan insanları aqressiv bir şəkildə təhrik etdiyini iddia edib.

Amerikanın Səsinin əməkdaşlarının hadisə yerində çəkdiyi video görüntülərdə Türkiyə mühafizə işçilərinin nümayişçilərə hücum etdiyi və Amerika polisi onları ayıranadək etirazçıları döydüyü göstərilir.

ABŞ rəsmiləri Ərdoğanın cangüdənlərindən ikisini qısa müddətə həbs edib, lakin sonradan səfərdə olan yüksək səviyyəli dövlət rəsmisini müşayiət edən köməkçiləri toxunulmazlıqla təmin edən diplomatik protokollara əsasən onları sərbəst buraxıb.

Nüfuzlu senator Con Makkeyn də daxil olmaqla, ABŞ-ın bəzi qanunvericiləri Birləşmiş Ştatları Türkiyəyə qarşı daha sərt tədbir görməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG