Accessibility links

Reks Tillerson Türkiyədə səfərdədir


ABŞ Dövlət Katibi Reks Tillerson çərşənbə günü Ankarada Türkiyənin baş naziri Binali Yıldırımla görüşüb.

Tillersonun xarici ölkələrə səfəri, İŞİD qrupunu məhv etmək və qaçqın böhranını sabitləşdirmək üçün müttəfiqlərin növbəti planları nəzərdən keçirdiyi bir vaxta təsadüf edir.

ABŞ-ın baş diplomatının Türkiyənin xahişi ilə sürgündə olan din xadimi Fətulla Gülənin ekstradisiyasını da müzakirə edəcəyi gözlənilir.

Rəsmilər bildirib ki, Ankaradakı danışıqlarda məsas mövzular ABŞ-ın başçılıq etdiyi hücumların köməyi ilə Rəqqa şəhərini İŞİD döyüşçülərindən azad etmək, ərazidə vəziyyəti sabitləşdirmək və məcburi köçkünlərin evlərinə dönmələrini təmin etmək olub.

Tillerson səfəri zamanı prezident Rəcəb Tayyip Ərdoğan və xarici işlər naziri Mevlut Çavuşoğlu ilə də görüşüb.

Dövlət Katibi Reks Tillerson İŞİD-i Məğlub Etmək Naminə Qlobal Koalisiya ölkələrinin xarici işlər nazirləri ilə şəkil çəkdirir. Vaşinqton. 22 mart, 2017.
Dövlət Katibi Reks Tillerson İŞİD-i Məğlub Etmək Naminə Qlobal Koalisiya ölkələrinin xarici işlər nazirləri ilə şəkil çəkdirir. Vaşinqton. 22 mart, 2017.

ABŞ-ın baş diplomatının Türkiyənin xahişi ilə sürgündə olan din xadimi Fətulla Gülənin ekstradisiyasını da müzakirə edəcəyi gözlənilir.

Ötən həftə Tillerson ABŞ-ın İŞİD-ə qarşı mübarizədə koalisiya qüvvələrinin rəsmiləri ilə Vaşinqtonda görüşlər keçirmişdi.

XS
SM
MD
LG