Accessibility links

Reks Tillerson Ukraynaya səfər edəcək


Dövlət katibi Reks Tillerson ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Kört Uolkeri Ukrayna danışıqlarının xüsusi nümayəndəi vəzifəsinə təyin edib.

Bu, Tillersonun bazar günü Kiyevə ilk rəsmi səfərindən öncəyə təsadüf edir. Orada o, prezident Petro Poroşenko ilə Ukraynanın şərqində davam edən münaqişəyə son qoymaq və ölkənin islahat səylərinə yardım yollarını müzakirə edəcək.

“Birləşmiş Ştatlar Minsk razılığının məqsədlərinə sadiq qalır”, deyə Tillerson cümə günü bəyanatında bildirib.

Tillersonla birlikdə Ukraynaya səfər edəcək Volker də Ukrayna münaqişəsi ilə bağlı danışıqlara nəzarət edən Normandiya Formatı üzvləri olan Almaniya, Fransa, Rusiya və Ukrayna ilə müntəzəm əlaqədə olacaq.

Con Herbst
Con Herbst

​Tillerson Rusiya ilə etibarı bərpa etməyə çalışsa da, rəsmi Vaşinqton Moskva ilə Kiyev üzərində razılığa gələcəyinə dair spekulyasiyaları rədd edib.

Dövlət Departamenti sözçüsü Hezer Nauert bildirib ki, ABŞ Rusiyanın Ukraynanın şərqində üsyançıları dəstəkləməsi ilə bağlı narahatlıqlarından geri çəkilməyəcək.

ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst cümə günü Amerikanın Səsinə deyib ki, Tillerson “ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini, ABŞ-ın Rusiyanın Ukraynada müharibə apardığını qəbul etdiyini və Ukraynanı lazımı yardımla təmin edəcəyini açıq bildirməlidir”.

Donald Tramp və Petro Poroşenko
Donald Tramp və Petro Poroşenko

Herbst Poroşenkonun bazar günü Tillersonla keçirəcəyi görüşdə Rusiyanın kütləvi kiberhücumlarından bəhs edəcəyini gözlədiyini deyib və bildirib ki, ABŞ Rusiyanın bu hücumlarına qarşı mübarizədə Ukraynadan çox şey öyrənməlidir.

Ukrayna gündəmi

Ukraynada Tillerson həmçinin hökümət və vətəndaş cəmiyyətindən gənc islahatçılarla görüşəcək. Vaşinqton Kiyevi Ukraynanın iqtisadi, siyasi və hərbi gücünü artırmaq üçün islahatlat həyata keçirməyə davam etməyə çağırır.

Prezident Poroşenko ötən ay ABŞ prezidenti Donald Trampla görüşəndən sonra Ukrayna höküməti bildirib ki, bu yaxınlarda Vaşinqton və Kiyev müdafiə əməkadaşlığını gücləndirmək üçün bir sıra sazişlər imzalayacaq. Ukraynanın xarici işlər naziri bu razılığın təkcə müdafiə silahlarına aid olacağını söyləyib.

XS
SM
MD
LG