Accessibility links

Reks Tillerson Afrika qitəsində səfərdədir


Afrika qitəsinə altı günlük səfərinin ikinci günü Əddis Əbəbədə ABŞ dövlət katibi Reks Tillerson Beynəlxalq Qadınlar Günü qadınların imkanlarının və hüquqlarının artırılmasının vacibliyini qeyd edib.

Afrika Birliyi Komissiyasının sədri Musa Faki ilə mətbuat konfransında Tillerson həmçinin, Afrika ilə ticarətin inkişafına diqqət çəkib.

“Biz ticarət məsələsində həmçinin, qitədə daxili ticarət sədlərini məhdudlaşdırmaq üçün Afrikan Birliyinin iqtisadi regional inteqrasiya səylərini dəstəkləyirik. Biz Azad Ticarət Razılığı ətrafında aparılan danışıqların başlıca məqsədi olan region-daxili ticarətin genişləndirilməsini dəstəkləyirik. Bu razılıq əldə edildikdən sonra biz Afrika Birliyi ilə gləcəkdə də əməkdaşlıq etməkdə maraqlıyıq” - deyə, Reks Tillerson bildirib.

Tillersonun şərhi prezident Trampın polad və alüminium idxalına dair yeni tarifləri təklif etməsindən əvvələ təsadüf edir. Tramp administrasiyasının bəzi üzvləri bu ideyanın azad ticarətə qarşı olduğunu hesab edir və prezidentin təklifini tənqid edir.

XS
SM
MD
LG