Accessibility links

Tillerson Dövlət Departamentinin işçiləri qarşısında vida çıxışını edib


Prezident Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan Reks Tillerson çərşənbə axşamı günü ABŞ Dövlət Departamentinin işçiləri qarşısında vida çıxışını edib.

O, qurumun davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə Dövlət Departamentinin yüksək səviyyəli nümayəndələrini öz vəzifələrində qalmağa çağırıb.

ABŞ-ın milli təhlükəsizlik sahəsində ciddi sınaqlarla qarşılaşdığını qeyd edən Tillerson Birləşmiş Ştarların xarici siyasət idarəsinin işçilərinə öz vəzifələrini layiqli şəkildə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib.

Tillerson dövlət katibi kimi vəzifəsini icra edərkən hərbi qurumların rəhbərləri, o cümlədən, ABŞ Müdafiə naziri Ceyms Mattis və ABŞ-ın Hərbi Qərargahlar rəisi Cozef Danfordla yaxından əməkdaşlıq şəraitində işlədiyini bildirib.

Vəzifəsindən gedən dövlət katibi Əfqanıstanda Talibanın sülh istiqamətində danışıqlara qatılmağa razı salınması səylərini Dövlət Departamentinin əsas uğurlarından biri kimi qeyd edib.

Tillerson ABŞ-ın uzunmüddətli müttəfiqləri ilə münasibətlərin gücləndirilməsinin və Rusiyanın hazırkı rəhbərliyinin əməllərinə müqavimət göstərilməsinin əhəmiyyətini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü dövlət katibi Reks Tillersonu vəzifəsindən kənarlaşdırıb və onu Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo ilə əvəz edib.

XS
SM
MD
LG