Accessibility links

Tayms Meydanında qeyri-adi layihə [Video]


Tayms Meydanında qeyri-adi layihə
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Rəngarəng işıqlar, küçə tamaşaları - bütün bunlar Nyu-Yorkun Tayms Meydanına ilk dəfə gələnlər üçün burulğana düşmək kimidir. Amma bir anlıq ayaq saxlasanız buradakı gözlənilməz incəsənət layihəsi sizi şəhərin mühacirlərlə dolu beş məhəlləsindən istədəyinizə apara bilər.

Tayms Meydanını gəzdiyiniz zaman birdən zəng eşidirsiniz. “Telefon zəng çalmağa başladı, mən də dəstəyi qaldırdım” deyə, sinqapurlu turist Culiana Rəsul bildirir.

Qulas asmağa davam edin. Zəng edən şəxs sizə Nyu-Yorka necə gəldiyi barədə öz hekayəsini danışmaq istəyir. “Tayms Meydanı kimi yerlərdə gəzərkən hər şeyi unudursan, buna səbəb buradakı parlaqlıqdır və sən buranın kim tərəfindən tikildiyini düşünmürsən.”.

Əslən Əfqanıstandan olan amerikalı Aman Mocədidi “Tayms Meydanı Alyansı”nın bu yaxınlarda təsis etdiyi “Dünyanın kəsişdiyi yer” adlı layihəsinə qoşulub. Hər gün bu meydandan 300 mindən çox insan keçir və buradakı 3 telefon butkasından müsafirlər hər gün Nyu-Yorkda yaşayan 70 mühacirin hekayəsini onların öz dillərindən eşidə bilər.

“Tayms Meydanı Alyansı”ndan Debra Simon: “Bəzən Nyu-York şəhərinin küçələrində baş verən qeyri-adi şeyləri Tayms Meydanında görə bilərsən. Və mən də düşünürəm ki, bir telefon butkasına daxil olub fərdi hekayələri dinləmək Tayms Meydanının xaosunda unikal bir təcrübədir."

Şimali Karolinadan olan turist Siyera Vord tibetli mühacirin hekayəsini dinləyib. Onun da hekayəsi digər mühacirlərin hekayəsinə bənzəyirdi. “Mənim fikrimcə o da digərləri kimi buraya problemlərdən uzaqlaşmaq üçün gəlib”.

Bu arada isə başqaları bu nadir incini seyr edir. “Mən özümü keçmişdə hiss edirəm, mənim fikrimcə Nyu-York daha böyük və daha ciddi idi. Yəni mən burada 80-ci illərin Nyu-Yorkunu təsəvvür edirəm” deyə, avstraliyalı mühacir Sem Klark bildirir.

Bu hekayələrin mərkəzində keçmiş və hazırkı Nyu-Yorkun unudulmaz xatirəsi, eləcə də mühacirlər yurdu olan Amerikanın hekayəsi durur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG