Accessibility links

Tofiq Yaqublu: Prokurorluq cavab vermir


Tofiq Yaqublu
Tofiq Yaqublu

“Qanunun tələbinə görə, Bakının Səbail rayon Prokurorluğu şikayətimlə bağlı ən geci bir ay müddətində mənə cavab verməli idi. Artıq bir aydan çox vaxt keçib hər hansı məlumat verilməyib.”

Bu barədə Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu Amerikanın Səsinə bildirib.

Tofiq Yaqublu: Prokurorluq cavab vermir
please wait

No media source currently available

0:00 0:00:34 0:00


Tofiq Yaqublu dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və döyülməsi ilə bağlı Səbail rayon Prokurorluğuna müraciət edib.

O, dekabrın 3-də Səbail rayon Prokurorluğunda 4 saat 30 dəqiqə ifadə verib.

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatyı həbsxanada 29 gün aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib.

“Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib.

Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı operativ, qərəzsiz və hərtərəfli araşdırma aparmalı və sui-istifadələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir”.

Yaqublu deyib ki, onu Bakının Səbail rayon Pois İdarəsinin 39-cu Polis Bölməsində, daha sonra Bakıdan kənar ərazilərə apararaq döyüblər, Bakıdan 72 kilometr qərbdə, Ələt qəsəbəsi yaxınlığında avtomobildən düşürüb sərbəst buraxıblar.

Yaqublu saxlanılarkən onun sifət nahiyyəsində hər hansı qançır görünməyib, ancaq o sərbəst buraxılanda sifət nahiyyəsində çoxsaylı qançırlar olub.

Bu arada Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Tofiq Yaqublunun polis əməkdaşları tərəfindən döyülmədiyni bildirib.

Tofiq Yaqublu, bu gün, yanvarın 5-də Amerikanın Səsinə bildirib ki, şikayəti ilə bağlı çinayət işi qaldırılacağına inanmır.

“Aldığım məlumata görə, cinayət işi qaldırılmayacaq. Cinayət işi qaldırılmasa prokurorun qərarından məhkəməyə şikayət edəcəm,” o, Amerikanın Səsinə deyib.

Öz növbəsində, Amerikanın Səsi Tofiq Yaqublunun dediklərinə münasibət almaq üçün Respublika Prokurorluğunun Mətbuat Xidmətinə müraciət edib. Sorğu cavablandırılanda əlavə məlumat veriləcək.

Vəkil Nemət Kərimli bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanılmasa işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir.

XS
SM
MD
LG