Accessibility links

"Əliyev hökuməti addım-addım sanksiyalara doğru gəlirdi" [Video-Müsahibə]


"Əliyev hökuməti addım-addım sanksiyalara doğru gəlirdi"
please wait

No media source currently available

0:00 0:15:19 0:00

“Bu sanksiyaların qəbul edilməsini, aktuallaşmasını əsasən İlham Əliyev və onun hakimiyyəti təşkil etdi. Bunlar əvvəlki bəyanatlara, çağırışlara fikir vermədilər. Əksinə, onların ziddinə olaraq insan haqlarını daha kobud surətdə pozmaqda davam etdilər, daha artıq və daha absurd həbslər həyata keçirməyə başladılar,” Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Amerikanın Səsinə müsahibədə deyir.

O, bu fikri ABŞ Konqersində insan haqlarını pozan Azərbaycan rəsmilərinə sanksiyalar tətbiq edilməsi təklifi barədə sualı cavablandırarkən səsləndirib. Konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovernin təqdim etdikləri (Demokrat, Massaçusets ştatı) qətnamədə ABŞ hökümətinin Azərbaycan höküməti ilə əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir.

Əminəm ki, Azərbaycan hökuməti doğrudan da insan halarına hörmət etməsə, geri addımlar atmasa, günahsız adamları həbsdən azad etməsə və islahatlar aparmasa, bu sanksiyaların Konqresdə qəbul edilməsi qaçılmaz olacaq.

Yaqublunun sözlərinə görə, Azərbaycan hökuməti uzun illər beynəlxalq təşkilatların və dövlətlərin ölkədə pisləşən insan haqları durumu haqda bəyanatlarını qulaqardına vurub.

“Əminəm ki, Azərbaycan hökuməti doğrudan da insan haqlarına hörmət etməsə, geri addımlar atmasa, günahsız adamları həbsdən azad etməsə və islahatlar aparmasa, bu sanksiyaların Konqresdə qəbul edilməsi qaçılmaz olacaq,” o deyir.

Sanksiyalar ideyasına görə məsuliyyətin başlıca olaraq İlham Əliyev hakimiyyətinin üzərində düşdüyünü vurğulayan Tofiq Yaqublu bu ölçülərin araxasında hakimiyyət dairələrinin tez-tez iddia etidkləri kimi “ermənipərəst” qüvvələrin dayanması fikrini rədd edir. Onun sözlərinə görə, Azərbaycanı bir dövlət olaraq geri salan və ona düşmən kəsilənlər məhz cəmiyyətin demokratikləşməsinin qarşısını alan qüvvələrdir.

“İnsanları Ermənistan rəhbərliyi tutur? Tutaq ki, Əfqan Muxtarlını Tiflisdən Sarkisyan oğurlatdırıb gətirib? Mehman Əliyevin həbsinə kim qərar veribdir?”

ABŞ-da olduğu müddətdə müxtəlif səviyyədə rəsmilərlə görüşdüyünü, ölkədəki siyasi durum haqda geniş müzakirələr apardığını qeyd edən Müsavat başqanı müavini amerikalı dövlət rəsmilərinin Azərbaycan haqda kifayət qədər bilikli olduqları qənaətinə gəldiyini söyləyir.

537 saylı qətnamənin müəllifi Konqresmen Kris Smit bildirib: "Azərbaycan rejimi işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edirlər.”
537 saylı qətnamənin müəllifi Konqresmen Kris Smit bildirib: "Azərbaycan rejimi işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edirlər.”

“Mən bu görüşlərimdə bir nəfər də olsun məmur görmədim ki, Azərbaycandakı situasiya haqda naşı danışsın. Hər şeyi bilirlər. Elə detallardan suallar verirlər...”

Daha sonra müsahibədə Amerika haqda ümumi təəssüratlarını paylaşan Tofiq Yaqublu Birləşmiş Ştatları “aşağı-yuxarı təxmin etdiyi kimi” gördüyünü söyləyir. Azərbaycanla bağlı planlara gəldikdə isə Müsavat təmsilçisi ölkəyə qayıtdıqdan sonra demokratiya uğrunda mübarizəni davam etdirəcəyini vurğulayır.

“Birinci növbədə bütün əqidədaşlarımızla, bizimlə düşünən insanlarla birlikdə, dünyanın demokratiyaya dəstək verməyə borclu təşkilatları ilə birlikdə biz Azərbaycana demokratiyanı gətirməliyik.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG