Accessibility links

Tokioda yerləşən kriptovalyuta birjası hək olunub


Tokioda yerləşən əhəmiyyətli Coincheck adlı kriptovalyuta birjası hək olunub. Cümə günü NHK milli televiziya kanalının verdiyi məlumata görə, itkilərin ümumi miqdarı 530 milyon dollar dəyərindədir.

Coincheck cümə günü gunorta öz vebsəhifəsində bütün növ kriptovalyutaların çıxarılmasının dayandırıldığını elan edib.

NHK televiziya kanalının bildirdiyinə görə, birja insident haqqında artıq polisə və Yaponiyanın Maliyyə Xidmətləri İdarəsinə məlumat verib.

2014-cü ildə Tokioda yerləşən və vaxtilə dünyanın 80 faiz bitcoin ticarətinə nəzarət edən Mt. Gox adlı digər birja həmin zaman yarım milyard ABŞ dollar dəyərində olan 850,000 bitcoin və 28 milyon dollar nağd pul itirdikdən sonra müflis olduğunu elan etmişdi.

XS
SM
MD
LG