Accessibility links

Yaponiya baş naziri Şinzo Abenin partiyası Tokio seçkilərində “ağır məğlubiyyətə” uğrayıb


Yaponiyanın baş naziri Şinzo Abe bildirib ki, bazar günü keçirilmiş Tokio bələdiyyəsi seçkilərində iqtidarda olan Liberal Demokrat Partiyası (LDP) “ağır məğlubiyyətə” uğrayıb. Sabiq müdafiə naziri və Tokio qubernatoru Yuriko Koyikayın yenicə fəaliyyətə başlamış “İlk Növbədə Tokio Sakinləri” partiyası 127 nəfərlik şəhər bələdiyyəsi palatasında 79 yer əldə etməyə müvəffəq olub. LDP isə cəmi 23 yer ilə kifayətlənib.

Baş nazir deyib ki, seçicilərin fikrincə, onun dörd il yarım iqtidarda olan höküməti getdikcə zəifləyir. Abe əlavə edib ki, LDP seçkilərin nəticələrin ciddi qəbul etməli və seçicilərin inamını geri qaytarmaq üçün əllərindən gələni etməlidirlər.

Templ Universitetinin Asiya ölkələri üzrə ixtisaslaşan professoru Cef Kinqston Amerikanın Səsinə bildirib ki, Tokio sakinlərinin Abenin partiyasını dəstəkdən məhrum etməsinin səbəbi baş nazirinin “qalmaqallı” davranışıdır.

Kinqston Abe 2018-ci ilin dekabrında keçirilməli olan milli seçkilərdən öncə erkən seçki təşəbbüsü irəli sürməməli olduğunu və son bələdiyyə seçkilərinin nəticələrinə baxmayaraq, müxalifət partiyaları ölkə miqyasında LDP-dən xeyli geri qaldığını əlavə edib. Ekspert bildirir ki, paytaxtda uğur qazanmasına baxmayaraq, Koyikayın ölkə miqyasında qələbəsi üçün ciddi məneələri var və Abeyə əsas rəqabəti partiya daxilində olacaq.

XS
SM
MD
LG