Accessibility links

Gələcəyin avtomobilləri [Video]


Gələcəyin avtomobilləri
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Dünya boyu avtomobil istehsal edən şirkətlər Tokioda keçirilən 45-ci Tokio Motor-Show-da bir araya gəlib. Bu şouda dizaynerlər süni intellektə malik olan ağıllı elektron avtomobillər və təhlükəsizlik funksiyalarını nümayiş etdirir.

Bu, Yaponiyanın "Toyota Gosei" şirkətinin Tokio Motor Show-ya gətirdiyi yeni Flesby-2 avtomobilidir. Flesby-2 istədiyiniz vaxt formasını və ya sürətini dəyişə bilir. Hətta avtomobil sürə bilməyənlər üçün belə, bu avtomobilin təhlükəsizlik xüsusiyyətləri var.

"Toyota Gosei Co" şirkətindən Takaşi İşikava: “Biz hava yastıqlarını avtomobilin içərisinə yerləşdirdiyimiz kimi təhlükəsilik konsepsiyası olaraq, bütün ətrafına da yerləşdirmişik.”

Qəza baş verən zaman ətrafa yerləşdirilmiş rezinə bənzər yastıqlar sürətlə genişlənir və LED lampaları sürücünün ətrafla təmasda olmasına yardım edir. “Biz bu avtomobili istehsal edərkən təkcə sürücü ilə avtomobil arasında əlaqəni nəzərdə tutmamışıq, avtomobillə piyada arasında da əlaqəni nəzərdə tutmuşuq” deyə, Takaşi İşikava bildirir.

Bu elmi-fantastik avtomobilin istehsalına 2030-cü illərdə başlanacağı nəzərdə tutulub.

Şouda dünyanın 36 avtomobil şirkəti iştirak edir. Yaponiyanın ən irəlidə gedən Toyota şirkəti özünün gələcəyin avtomobili “Concept-i” adlı avtomobilini nümayiş etdirir. Bu avtomobildəki nəzarət sistemi insanın hərəkətini və səsini nəzarətdə saxlayaraq, avtomoibilin idarə edilməsinə yadım edir. Makoto Okabe: “Sürücünün avtomobilin yardımına ehtiyacı varsa, avtomobil dərhal avtomatik idarəetmə rejiminə keçir. Beləliklə, avtomobil və sürücü biri-birinə yardım etmiş olur.”

Honda şirkəti şouda "Urban EV Concept" elektrik avtomobilini, Mazda isə bu gün yanacağa ən çox qənaət edən müasir avtomobillərdən 30 faiz çox qənaət edən "Skyactiv-X" avtomobilini nümayiş etdirib.

Buradakı avtomobillərdən çoxu gələcək üçün nəzərdə tutulsa da, dizaynerlər öz işlərini indi nümayiş etdirmək istəyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG