Accessibility links

Jurnalist Mesele Tolun həbsdən azad edilib


Türkiyə məhkəməsi alman jurnalist Mesele Tolunu həbsdən azad edib. Almaniya rəsmilərinin bildirdiyinə görə, o, 8 aya yaxın həbsdə saxlanıb və Türkiyəni tərk etməsinə qadağa tətbiq edilib.

Onun ölkədən buraxılmaması və məhkəmənin davam etdirilməsi sevindirici hal deyil

33 yaşlı Tolu ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. Ona qarşı terror təşkilatının üzvü və terror təbliğatı yaymaq ittihamları irəli sürülüb. 2016-ci il çevriliş cəhdində əli olmaqda günühlandırılan Tulu ittihamları rədd edir.

Almaniya kansleri Angela Merkel məhkəmənin qərarını alqışlasa da, bunun tam şəkildə yaxşı xəbər olmadığını deyib.

"Tolunun azad edilmədi yaxşı xəbərdir. Lakin onun ölkədən buraxılmaması və məhkəmənin davam etdirilməsi sevindirici hal deyil" - deyə Merkel müxbirlərə bildirib.

Mesele Tolunun atası Riza Tolu
Mesele Tolunun atası Riza Tolu

Tolu ETHA xəbər agentliyində müxbir və tərcüməçi kimi çalışırdı. Onun həyat yoldaşı Suat Çorlu da eyni zamanda həbs edilmiş, noyabr ayında azadlığa buraxılmışdı.

Almaniyanın Türkiyədə həbsdə olan daha 8 müxbiri var. Onlar arasında Die Welt -in müxbiri Deniz Yücül de yer alır.

Almaniya Yücel və digərlərinin siyasi motivlərlə həbs edildiyini idda edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG