Accessibility links

Tom Kruz nəşriyyat şirkətinə qarşı 50 milyon dollarlıq məhkəmə işi açıb


Tom Kruzun özünəməxsus, milyon dollarlıq gülüşünü görmüşük. Amma çətin ki, onun hirslənməsini görən olsun. Tomun hirslənməsini görmək istəyirsəniz, ona sadəcə "pis ata" olduğunu demək kifayətdir.

Yeni məlumata görə super ulduz Life & Style and In Touch jurnalını nəşr edən şirkəti məhkəməyə verərək 50 milyon dollar tələb edib. 2012-ci ildə Keyti Holmsdan boşandıqdan sonra Tom onun qızı Suridən üz döndərdiyi barədə hekayə yayımladığına görə nəşriyyat şirkətini məhkəməyə verib.

Məhkəmədə ulduz nə fiziki, nə emosional, nə də maliyyə baxımdan Surini həyatından silmədiyini deyib. O, əlavə edib ki, həyat yoldaşından boşandıqdan sonrakı aylarda, hətta xaricdə işlədiyi və Surini görmədiyi müddətdə belə onlar olduqca yaxın təmasda olub.

Kruz etiraf edib ki, məqala çıxan dövrdə o, film çəkilişlərində olub. Buna baxmayaraq bu müddətdə aktyor daim qızının həyatında olub. Belə ... şirkəti məhkəməyə verməklə Tom “mənim həyatıma müdaxilə etməyin" mesajı verir.
XS
SM
MD
LG