Accessibility links

Tom Kruiz bir gündə fərqli ölkələrdə üç premyerada iştirak edib


Tom Kruiz premyerada iştirak etməyi sözsüz bacarır. O, bir gündə bir deyil, fərqli ölkələrdə “Sabahın Sonu” filminin düz üç premyerasında iştirak edib.

Kruiz və onunla eyni filmdə iştirak etmiş sənət yoldaşları üç mərasimdə, səhər saat 7-də Londonda, daha sonra Parisdə və gecə yarısı Nyu-Yorkda film premyeralarında iştirak edib.

Yuxudan lap erkən durmasına və bir neçə dəfə təyyarə ilə səyahət etməsinə baxmayaraq, 51 yaşlı aktyor say-seçmə kostyumlarda qətiyyətli və şıq görünürdü.

Böyük qırmızı xalının üzərinə aktyorla birgə həmkarları Emili Blant və Conas Armstronqda çıxıb.

Londonda keçirilən premyerada Blant olduqca füsünkar görünürdü.

Parisdə isə qotik qara geyimə bürünüb ictimayyət arasına çıxdıqdan sonra Blant cazibədar qırmızı libasda Nyu-Yorkadakı premyerada iştirak edib.
XS
SM
MD
LG