Accessibility links

ABŞ Suriya hava bazasını kruiz mərmiləri ilə hədəf aldı [Video]


Birləşmiş Ştatlar Suriya hökumət hədəflərinə qarşı qanadlı raketlərlə zərbələr endirib. ABŞ-ın hərbi addımları Bəşar əl-Əsəd hökumətinin mülki əhaliyə qarşı kimyəvi silah hücumundan sonraya təsadüf edir.

Prezident Donald Trampın əmrinə əsasən ABŞ hərbi gəmiləri 59 Tomahavk raketi ilə Suriyaya zərbələr endiriblər.

Hərbi rəsmilər Amerikanın Səsinə bildiriblər ki, raketlər ABŞ-ın USS PorterUSS Ross hərbi gəmilərindən atılıb. Hər iki eskadrilya minadaşıyan gəmisi Aralıq dənizində yerləşdirilib.

ABŞ-ın bu həmləsi Suriya hökumətini hədəf alan ilk hücumdur.

Əsədin etdikləri çox pisdir. Suriyada baş verənlər, fikrimcə, iyrənc cinayətlərdir. Bu baş verməməlidir. Bu, baş verməməli idi.

Vaşinqtonun son ölçüləri hərbi kampaniyada kəskin eskalasiyaya dəlalət edir. Mümkündür ki, Suriya hökuməti ABŞ-ın bu addımını müharibə aktı kimi qəbul etsin.

ABŞ qüvvələri Suriya ərazisində 2014-cü ildən başlayaraq hava zərbələri həyata keçiriblər. Lakin bu zərbələr Əsəd qüvvələrini yox, İŞİD-i hədəf alıb.


Çin prezidenti Şi Cinpinqlə Florida ştatında görüşə uçarkən prezident Tramp təyyarədə müxbirlərlə danışıb. O, Suriyada baş verənləri "bəşəriyyət üçün rüsvayçılıq" adlandıraraq nəsə edilməli olduğunu bildirib.

"Əsədin etdikləri çox pisdir. Suriyada baş verənlər, fikrimcə, iyrənc cinayətlərdir. Bu baş verməməlidir. Bu, baş verməməli idi," deyə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Dövlət Katibi Reks Tillerson
Dövlət Katibi Reks Tillerson

Tramp hələlik Əsədin hakimiyətdən devrilməsi ilə bağlı heç nə deməyib. Lakin Dövlət katibi Reks Tillerson cümə axşamı aydın edib ki, Suriya prezidenti getməlidir. O, müxbirlərlə söhbətində Əsəd üçün “Suriya xalqını idarə etməkdə rol görmədiyini” bildirib.

"Əsədin getməsi beynəlxalq ictimaiyyətdən səy tələb edir. İlk öncə İŞİD Suriya daxilində məğlub edilməli, Suriyada vəziyyət stabilləşməli, və sonra kolektiv şəkildə müttəfiqlərimizlə birgə işləyib Əsədin getməsi üçün siyasi prosesdən keçməliyik,” Tillerson bildirib.

Suriyada onlarla mülki vətəndaşın, o cümlədən uşaqların ölümünə səbəb olan hücum “mənim üçün çoxlu xətləri keçib,” deyə prezident Donald Tramp çərşənbə günü bəyan etmişdi. ABŞ lideri əlavə edib ki, sələfənin həll edə bilmədiyi problem üçün məsuliyyəti indi özü daşıyır.

“Sən günahsız uşaqları, məsum körpələri – körpələri! – balaca körpələri öldürəndə, bu çoxlu xətləri keçir,” Prezident Tramp bəyan edib. “Qırmızı xətdən xeyli uzağa, çoxlu, çoxlu xətləri.”

Sən günahsız uşaqları, məsum körpələri – körpələri! – balaca körpələri öldürəndə, bu çoxlu xətləri keçir.

O, çərşənbə axşamı Suriya qüvvələrinin törətdiyi güman edilən kimyəvi silah hücumunun onun münaqişəyə münasibətini dəyişdiyinə eyham vurub.

“Mən özümü situasiyaya uyğunlaşa bilən adam hesab edirəm,” deyə Tramp Qızılgül Bağında İordaniya kralı II Abdulla ilə birgə keçirdiyi mətbuat konfrasında bildirib.

Müşahidəçilər və mülki müdafiə işçiləri Suriya hökuməti yaxud Rusiyaya məxsus təyyarələrin Suriyanın şimalında havadan zəhərli qaz hücumu törədərək onlarla adamın ölümünə və ya yaralanmasına bais olduqlarını xəbər verib.

Qərbin humanitar və tibbi təşkilat koalisiyası olan Tibbi Qayğı və Xilas Təşkilatı İttifaqı hücuma məruz qalmış İdlib vilayətindəı azı 100 adamın öldüyü, 350 adamın yaralandığını bildirir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG