Accessibility links

ABŞ və Rusiyanın baş diplomatları mümkün məhbus mübadiləsini müzakirə edib


ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departmamentində. 29 iyul, 2022.

ABŞ-ın dövlət katibi Antoni Blinken cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışaraq, onu ABŞ-ın amerikalı peşəkar basketbol oyunçusu Brittni Qrayner və keçmiş dəniz piyadası Pol Uilanın azadlığa buraxmaq təklifini qəbul etməyə çağırıb.

Bu, Rusiya fevralın sonunda Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri iki baş diplomat arasında ilk telefon söhbəti və iki ölkə arasında yüksək səviyyədə ilk təmasdır.

“Bizim aramıza səmini və birbaşa söhbət oldu,” Blinken cümə günü Dövlət Departamentində müxbirlərə bildirib.

“Mən Kremli bizim Pol Uilan və Brittni Qraynerin azadlığa buraxılması üçün irəli sürdüyümüz əsaslı təklifi qəbul etməyə çağırdım,” o deyib.

Rusiya xarici işlər nazirliyinin bəyanatında iki tərəfin hər hansı irəliləyiş əldə edib-etmədiyi yazılmasa da, Birləşmiş Ştatlar “səssiz diplomatiya” yürütmədiyinə görə danlanıb.

“Rusiya tərəfi qətiyyətlə həbsdə olan Rusiya və ABŞ vətəndaşlarının mümkün mübadiləsi məsələsində spekulyativ məlumatları ortaya atmaq əvəzinə bunu peşəkarca və “səssiz diplomatiya” yolu ilə həll etmək praktikasına qayıtmağı təklif edib,” bəyanatda qeyd edilib.

Birləşmiş Ştatlar bu həftə Rusiyaya iyun ayında məhbus mübadiləsi üçün təklif irəli sürüyünü amma hələ ki, bunun bir nəticəsinin olmadığını elan edib.

ABŞ hökumətinin rəsmiləri təklif olunan məhbus mübadiləsinin şərtinin məhkum olunmuş rus silah taciri Viktor Boutu amerikalı Qrayner və Uilanın qarşılığında Moskvaya geri göndərmək olduğunu bildirib.

CNN cümə günü xəbər verib ki, Rusiya bu mübadiləyə başqa bir rus məhbusun əlavə edilməsini tələb edib. Xəbər agentliyi məsələ ilə yaxından tanış olan bir neçə mənbəyə istinad edərək bildirib ki, Rusiya ötən il Almaniyada qətl törətməkdə təqsirli bilinən ölkənin daxili kəşfiyyat agentliyinin keçmiş polkovniki Vadim Krasikovun da məhbus mübadiləsinə daxil edilməsini tələb edib.

Mümkün məhbus mübadiləsi ilə bağlı xəbərlər fevral ayında Rusiyaya baqajında içində çətənə yağı olan elektron siqaret gətirdiyini etiraf edən Qraynerin çərşənbə günü məhkəmədə onu təmin etdikləri tərcüməçinin onu saxlayan rəsmilərə onun söylədiklərinin yalnız bir hissəsini tərcümə etdiyinə dair ifadə verməsindən sonra üzə çıxıb.

Narkotik maddə daşımaqda təqsirli bilindiyi təqdirdə 10 ilə qədər həbs cəzası gözlənilən Qrayner deyib ki, Moskva hava limanında rəsmilər ona nəyi etiraf etdiyinə dair izahat vermədən sənədləri imzalamaq göstərişi veriblər. Rusiya məhkəməsi onun debarın 20-dək həbsdə saxlanılmasına icazə verib.

Casusluqda ittiham olunan keçmiş ABŞ dəniz piyadası Uilan 2018-ci ildən bəri Rusiyada həbsdədir. Onun və Qraynerin ailələri Ağ Evi onların azadlığa buraxılmasını təmin etmək səylərini sürətləndirməyə çağırıb.

Rusiya illərdir bir zamanlar “ölüm taciri” ləqəbi verilən silah alverçisinin sərbəst buraxılmasına çalışır. O, 2012-ci ildə qanunsuz şəkildə milyonlarla dollar dəyərinə silah satmaq planı tərtib etməkdə təqsirli bilinəndən sonra 25 il müddətinə həbsə məhkum edilib.

CNN xəbər verir ki, ABŞ Prezidenti Co Bayden mümkün məhbus mübadiləsini təsdiq edib və onun dəstəyi bu cür sövdələşmələrin digər hökumətləri xaricdə amerikalıları ələ keçirməyə təşviq etməsindən ehtiyat etdiyi üçün adətən məhbus mübadiləsinə qarşı çıxan Ədliyyə Nazirliyinin etirazını üstələyir.

ABŞ aprel ayında Rusiyanın amerikalı Trevor Ridi sərbəst buraxmasını təmin edib. Rid, Rusiyada polis zabitinə hücumda təqsirli bilinərək iki ildən çoxdur həbsdə saxlanılan keçmiş dəniz piyadasıdır. O, kokain qaçaqmalçılığına görə 20 il həbsə məhkum edilən rusiyalı pilot Konstantin Yaroşenkonun sərbəst buraxılması müqabilində azad edilmişdi.

XS
SM
MD
LG