Accessibility links

Deputatlar Topaz totalizatoruna qarşı


Topaz oyunu
Topaz oyunu

Milli Məclisin sədri Topaz-ın qanunsuz dilerlərdən xilas olmaq yolu və yerli futbolun inkişafına dəstək olduğunu bildirib

Milli Məclisin bugünki iclasında deputatlar Məlahət Həsənova və Fazil Mustafa qanuni futbol totalizatoru olan Topaza qarşı çıxıblar.

Deputatlar bildiriblər ki, bu totalizatordan əziyyət çəkən yüzlərlə ailənin valideynlərindən və həyat yoldaşlarından şikayət alırlar. Maraqlıdır ki, 18 yaşına qədər yeniyetmələr belə maneəsiz olaraq bu müəssisələrə baş çəkə bilir, onların sahiblərini yalnız gəlir maraqlandırır.

Bu çıxışlara spiker Oqtay Əsədov reaksiya verib, o, bunun azartlı oyunlar deyil, qanunsuz dilerlərdən xilas olmaq yolu və yerli futbolun inkişafına dəstək olduğunu bildirib.

Jurnalistləri toplayan gənclər və idman naziri Azad Rəhimov da bildirib ki, deputatların tənqidi ədalətsizdir. Bu oyunlar əvvəllər də oynanırdı, gəlir isə “qara bazar” işbazlarına gedirdi. İndi isə Topaz dövriyyəsindən vəsaitin 4,2%-ni təşkilatçı – “Azəridmanservis” dövlət xidmətlər agentliyi, 30%-ni AFFA alır, vəsaitin digər qismi isə digər idman növlərinin inkişafına gedir.

Hökumət totalizatorunun müdafiəçilərinin sözlərinə görə, bu maliyyə siyasətinin şəffaflığı təcrübəsi dünyanın bir çox ölkələrində tətbiq edilir.
XS
SM
MD
LG