Accessibility links

Toqquşmalarda bir fələstinli öldürülüb


Cümə günü “Qəzəb Günü” nümayişləri əsnasında İsrail əsgərləri ilə toqquşmada bir fələstinli həlak olub. Öldürülən şəxs ABŞ-ın Qüdsü İsrail paytaxtı olaraq tanımasından sonra başlanan etiraz aksiyalarına qatılmışdı.

Səhiyyə nazirliyi 30 yaşlı Mahmud Əl-Məsrinin İsrail-Qəzza sərhədində həlak olduöunu təsdiqləyib. İsrail hərbçiləri “iğtişaşların əsas səbəbkarları” olmaqda ittiham etdiyi iki adamı güllələdiyini təsdiqləyib.

Prezident Donald Trampın tanınma qərarını elan etməsindən sonra İsrail Qüdsə əlavə təhlükəsizlik qüvvəsi yeridib.

Cümə günü Betlehemdə İsrail polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Prezident Donald Trampın Qüds şəhərini İsrail paytaxtı olaraq tanıması və Amerikanın Tel-Əvivdəki səfirliyini bu şəhərə köçürməsi barədəki qərarını elan etməsindən sonra İsrail Qüdsə əlavə təhlükəsizlik qüvvəsi yeridib.

Bundan əvvəl də İsrail vaxtaşırı zorakılıqlara səhnə olan "Məbəd Dağı"na yaşla bağlı məhdudiyyət qoymuşdu. İsrailin polisinin sözçüsü Mikki Rozenfeld hələ ki, məbədə qoyulan məhdudiyyətlə bağlı heç bir göstəriş alınmadığını deyib.

"Məbəd Dağı" həm yəhudilər, həm də müsəlmanların müqəddəs saydığı yerdir.

Cümə günü Yaxın Şərq və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə Trampın qərarına qarşı böyük nümayışlər keçirilib.

XS
SM
MD
LG