Accessibility links

Alabama, Arkanzas və Mississippi ştatlarında tornadodan sonra ölənlərin sayı 21-ə çatıb


ABŞ-ın Alabama, Arkanzas və Mississippi ştatlarında tornadodan sonra ölənlərin sayı 21-ə çatıb.

Təbii fəlakət evlər və biznesləri yerlə yeksan edib. On minlərlə insan işıqsız qalıb. Fövqəladə hallar işçiləri sağ qalnların axtarışını davam etdirir. Baxmayaraq ki, gecə boyu yeni tornadolar barədə xəbərdarlıq qüvvədədir.

Bazar ertəsi baş verən təbii fəlakət Mississippi ştatının Tupelo şəhərində yüzlərlə evi dağıdıb, ağacları sındırıb, elektrik xəttlərini qoparıb.

ABŞ prezidenti Barak Obama həlak olanların ailələrinə başqağlığı diləyib və hökumətin dağıntılardan sonra bərpa işlərinə yardım edəcəyinə söz verib.
XS
SM
MD
LG