Accessibility links

Tornado Amerikanın orta-qərb bölgəsini viran qoyub


Güclü tornado və qasırğa dalğası bazar günü Amerikanın orta-qərb bölgəsini viran qoyub. Qasırğadan ən çox zərər çəkmiş İllinoys ştatında beş nəfərin öldüyü bildirilir.

Ştatdakı Vaşınqton şəhərində də bir ölüm halı qeydə alınıb. Şəhərdə bir məhəllə sürətlə keçən tornado nəticəsində dağılıb. İllinoys ştatının Milli Qvardiyası axtarış və bərpa səylərinə kömək etmək üçün 10 nəfərdən ibarət qrupu regiona göndərib.

İllinoys ştatının cənubunda yerləşən Nyu-Minden şəhərciyində evləri tornado nəticəsində viran qalmiş yaşlı bacı və qardaşın öldüyü haqda məlumat verilib.

Sürətlə keçən tornado Çikaqo şəhərində iki hava limanında yüzlərlə uçuşun təxirə salınmasına səbəb olub. Tornado Milli Futbol Liqasında futbol oyununun da iki saat təxirə salınması ilə nəticələnib.

Qasırğa qonşu Viskonsin, Miçiqan, İndiana, Kentuki və Ohayo ştatlarına da keçərək on minlərlə evi işıqsız qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG