Accessibility links

Torontoda maşın piyadaların üzərinə sürülüb


Kanadanın Toronto şəhərində maşını piyadaların üzərinə sürərək, 10 nəfəri öldürüb, 15 nəfəri yaralayan 25 yaşlı kişi çərşənbə axşamı məhkəməyə çıxarılacaq.

Arxamızdakı küçədə baş verən hadisələr dəhşətlidir, amma əlimizdə olan məlumatlara görə, onların milli təhlükəsizliklə heç bir əlaqəsi yoxdur.
Ralf Qudeyl

Toronto polisi hələ də bazar ertəsi baş verən hücumun arxasındakı məqsədi araşdırır. Polis idarəsinin rəisi Mark Saunders isə hücumun bilərəkdən həyata keçirildiyinin güman edildiyini bildirib.

Polisin verdiyi məlumata görə, Toronto yaxınlığında yaşayan şübhəli Alek Minassian heç bir insident olmadan ələ keçirilib.

Bazar ertəsi qanun-mühafizə orqanları bu hadisənin daha böyük təhlükə ilə əlaqəsi olduğuna dair narahatlıqları aradan qaldırmağa çalışıb.

“Arxamızdakı küçədə baş verən hadisələr dəhşətlidir, amma əlimizdə olan məlumatlara görə, onların milli təhlükəsizliklə heç bir əlaqəsi yoxdur,” deyə ictimai təhlükəsizlik naziri Ralf Qudeyl bildirib.

Kanadanın Yayım Şirkətinin verdiyi məlumata görə, hökümət rəsmiləri deyir ki, Minassianın hər hansı mütəşəkkil terror qrupu ilə əlaqəsi yoxdur.

Polis idarəsinin rəis müavini Piter Yuen hadisəyə şahid olanları ifadə verməyə çağırır. O deyib ki, istintaq uzun və mürəkkəb olacaq.

Baş nazir Castin Trudo insidenti “faciəvi və duyğusuz” adlandırıb və qurbanlar və onların yaxınlarına baş sağlığı göndərib.

Ağ Ev bəyanatında bildirilir ki, Birləşmiş Ştatlar “Kanada xalqının yanındadır” və Kanadaya lazım olan dəstəyi verməyə hazırdır.

XS
SM
MD
LG