Accessibility links

Kanadanın Toronto şəhərində silahlı hücum olub


Kanadanın Toronto şəhər polisi bazar günü gecə saatlarında bir silahlı şəxsin insanları atəşə tututduğunu, 2 nəfəri öldürdüyünü, 12 nəfəri yaraladığını və hücumçunun özünün də öldüyünü bildirib.

Şahidlərin dediyinə görə, silahlı şəxs hücumu axşam saatlarında Torontonun Qriktoun (Greektown) məhəlləsində həyata keçirib. Onun səkidə gedən insanları atəşə tutduğu və 20-30 atəş səsi eşidildiyi deyilib.

Polis idarəsinin rəisi Mark Sanders hadisə zamanı şübhəli ilə atışmanın da olduğunu deyib. O, müstəntiqlərin hücumun səbəblərini araşdırdıqlarını bildirib.

Jurnalistlərlə görüşən Toronto şəhərinin meri Con Tori şəhərdə silah probleminin olduğunu və çoxları üçün silah əldə etməyin çox asan olduğunu deyib.

Son zamanlar ölkədə silahlı hücumlar baş verdiyinə görə polis işçilərinin sayı artırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG