Accessibility links

Cənubi Koreyada leysan yağışlar ən azı 7 nəfərin ölümünə səbəb olub


Yeçeon, Cənubi Koreya. 15 iyul, 2023.
Yeçeon, Cənubi Koreya. 15 iyul, 2023.

Cənubi Koreya hökumətinin şənbə günü verdiyi məlumata görə, iki gün yağan leysan yağışlar nəticəsində azı yeddi nəfər ölüb, iki nəfər torpaq sürüşməsi və daşqınlar səbəbilə itkin düşüb. Bundan əlavə şənbə günü torpaq sürüşməsi nəticəsində səkkiz nəfər mərkəz ərazilələrdə ilişib qalıb.

Daxili İşlər və Təhlükəsizlik Nazirliyi bildirir ki, üç nəfər şənbə günü leysan yağışların səbəb olduğu torpaq şürüşməsi nəticəsində evlərinin torpağın altında qalması ilə həyatını itirib. Nazirlik deyib ki, digər dörd nəfər də cümə və şənbə günləri başqa yerlərdə torpaq sürüşməsi ilə əlaqədar insidentlər nəticəsində ölüb.

Məlumatda deyilir ki, iki nəfər şənbə günü ölkənin mərkəzində yerləşən Yeçeon şəhərində baş verən daşqından sonra itkin düşüb.

Cənubi Koreyada iyulun 9-dan bəri leysan yağışlar yağır. Nazirliyin məlumatında bildirilir ki, yağışlar nəticəsində 1570 nəfər evlərini təxliyə etməyə məcbur qalıb, minlərlə ev son bir neçə gündür elektriksiz qalıb.

Cənubi Koreyanın metereologiya idarəsi bildirir ki, ölkənin bəzi hissələrində leysan yağışlar bazar gününədək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG