Accessibility links

Canlı toxumaların 3D printer vasitəsilə emalı [Video]


Canlı toxumaların 3D printer vasitəsilə emalı
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Cənubi Karolina ştatının Tibb Universitetinin tədqiqatçıları 2003-cü ildən bəri canlı toxumalar bio emal etməyə çalışırlar. Araşdırmaçı Sarah Dennis Qreys deyir ki, Palmetto bioprinter kimi yeni texnologiya prosesi xeyli surətləndirib.

Sarah Qreys: "Bir il əvvəl mən bura gəldiyimdə biz sadəcə hüceyrə bio mürəkkəbi çap edərək nümunələrin çap olunub-olunamayacağını müəyyən etməyə çalışırdıq. Ancaq indi biz siçovulun içərisinə yerləşdirilə biləcək skeletli əzələlərin replikasını çap edirik."

Alimlər çap edilmiş toxumalarda istifadə ediləcək qlukoza, zülal və heyvanlardan götürülmüş canlı hüceyrələrdən bio mürəkkəb adlanan kompleksbəsləyici məhlullar hazırlayırlar.

Sarah Qreys: "Beləliklə bunda 1.5 miliyon hüceyrə olacaq"

Bio mürəkkəblər printerin başında yerləşən üç daxili paylayıcıda yerləşdirilir. Çap səthi və paylayıcının yönü lazerlə nəzarət olunur.

Doktor Maykl Yost deyir ki, çap prosesi avtomatik həyata keçir.

Maykl Yost: "3D bio printer vasitəsilə yeni mikro damarlar şəbəkəsi düzəltməyə imkan yaranıb. Bu yolla biz yeni toxumaları mədəaltı vəzidə, qara ciyər və böyrək kimi orqanlarda bəsləyə bilirik."

Alimlər bu üsulun erkən mərhələdə olduğunu deyir. Ancaq bir neçə ilə insan orqanlarında zədə almış toxumaları əvəzləyicilərini çap edəcəklərinə ümid edirlər.

Maykl Yost: "Toxumaların bio emalı həqiqətdir və hazırda bu baş verir. Siz bura gəlsəz, bunu görəcəksiz. Buna toxunamazsız, lakin bunu görüb, həqiqi olduğunu düşünəcəksiz. Bu insani bir şeydir."

Ancaq alimlər araşdırmaçıların çap edilən toxumaların yaşaması üçün lazım olan qan damarlarını necə təmin ediləcəyi kimi maneələrin aradan qaldırması üzərində araşdırma aparılmasının da vacib olduğunu deyir.

XS
SM
MD
LG