Kərtənkələ quyruğunu yenidən çıxara bilirsə, belə bir sual meydana çıxır, insanlar itirdikləri bədən üzvlərini yenidən inkişaf etdirə bilərmi? Bəlkə də ola bilər. Hazırda alimlər tam fəaliyyət göstərə biləcək insan orqanı inkişaf etdirmək üzərində işləyir. Onlar əzələlərin və toxumaların bərpasında mühüm nailiyyətlər əldə ediblər.
Nikolas Klark yenidən tullana bilir. Baxmayaraq ki, bir neçə qəza nəticəsində sol ayağının aşağı hissəsində əzələlərinin böyük hissəsini itirib.
Nikolas Klark: “Əzələləri itirməklə yanaşı, mən sinirləri də itirdim. Qan damarlarım və ayağımda toxumalar zədə aldı.”
Pittsburq Tibb Mərkəzi Universitetinin inkişaf etdirdiyi texnologiyanın köməyilə donuzdan götürülmüş toxumadan bütün heyvan hüceyrələrini təmizlədikdən sonra əldə olunan hücrəsiz matriks onun əzələlərinin çoxunu yenidən bərpa edib.
Dr. Stefen Badilak: “Hücrəsiz matriksi siqnalötürücü molekullarla dolduraraq bədənimizə qoyulacaq çox şeyə nəzarət edə bilir. Onlar toxumaların böyüməsinə nəzarət edir. Misal üçün, onlar yaralandıqdan sonra meydana çıxan prosesə nəzarət edə bilir.”
Yaralandıqda və ya xəstələndikdə toxumaları itirdiyimiz vaxt hücrə matriksidə zədə alır. Beləliklə yeni toxumaların yenidən böyüməsi üçün yol xəritəsinə ehtiyac var. Donuzdan əldə olunmuş matriks burada köməyə gəlir. Matriksin heyvandan olmasının isə heç bir problem yoxdur.
Dr. Stefen Badilak: “Hücrəsiz matriksi meydana gətirən malekullar bu proses üçün çox əhəmiyyətlidir. Onlar təkamül vasitəsiylə yüksək səviyyədə qorunur. Bizdə olan malekullar donuz, siçan və dinozorlardakılarla oxşardır.”
Heyvan toxumaları insan toxumalarından yaxşıdır. Çünki o insan xəstəliklərini keçirə bilmir və hər zaman tapmaq olur.
Matriks terapeyasının müvəffəqiyyətlə sınaqdan keçirildiyi sahələrə xərçəng və ya yaralanma zamanı orqanları çıxarılmış xəstələri misal gətirmək olar.
Kök hüceyrə terapiyası ilə qarşılaşdırdığımızda bu metod daha ucuzdur. Matrikslər fərqli ölçülərdə və formalarda gəlir və laboratoryalardan sifariş etmək olar.
Alimlər deyir ki, növbəti hədəf insan orqanını bütünüylə yetişdirmək olacaq. Misal üçün böyrək və ya ağciyər kimi orqanları eyni metodla inkişaf etdirmək. Onlar nəticələrin düşünüldüyündən daha yaxşı olduğunu deyir.