Yaponiyanın “Toyota Motor” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi olan Toyota Bakı Mərkəzi ölkə üzrə “RAV4” avtomobil modelini yoxlamaq üçün geriyə çağırır.
Toyota Bakı Mərkəzindən APA agentliyinə verilən məlumata görə, geriyə çağırmanın səbəbi avtomobilin arxa asmasında şar dayağının korroziyaya uğrayıb-uğramamasını müəyyənləşdirməkdir.
“Biz əsasən 2006-2009-cu illərdə istehsal olunan “RAV4” modellərini yoxlamaq üçün servis mərkəzinə dəvət edirik. Hələlik Azərbaycan üzrə yoxlamadan keçən “RAV4” modellərinin heç birində analoji nöqsan üzə çıxmayıb. Nöqsan üzə çıxarsa, həmin ehtiyat hissəni pulsuz dəyişəcəyik”.