Accessibility links

Toys ‘R’ Us populyar oyuncaq mağazaları şəbəkəsi müflisləşmə haqda ərizə verib


Birləşmiş Ştatlarda ən böyük oyuncaq mağazalar şəbəkəsi olan Toys ‘R’ Us şirkəti müflisləşmə haqda ərizə verib. Bir çoxları bunu son zamanlar internet pərakəndə satış sənayesində gedən rəqabət və endirimlərlə əlaqələndirir.

Toys ‘R’ Us şirkəti bəyanatla çıxış edərək bildirib ki, məhkəmə 5 milyard dollardan çox yeni bank maliyyə paketini təsdiqləsə, şirkətin maliyyə vəziyyəti dərhal yaxşılaşmağa doğru gedəcək.

Kampaniyanın Kanada şəbəkəsi Ontario Ali Məhkəməsində buna bənzər müraciət edib.

Məhkəməyə müracət Toys ‘R’ Us-ın 1600 mağazasında çalışan minlərlə işçinin bayram alış-veriş mövsümünə hazırlıq gördüyü bir vaxt edilir. Bayram mövsümü il ərzində mağazalar şəbəkəsinin ən gəlirli dövrü hesab edilir.

XS
SM
MD
LG