Accessibility links

Toys R Us şirkəti ABŞ-dakı bütün mağazalarını bağlayır


Bir zamanlar ikonik ABŞ pərakəndə satış mağazalarına sahib olan Toys R Us şirkəti ABŞ-dakı bütün mağazalarını bağlayacağını və 30 mindən çox insanı işsiz qoyacağını elan edib.

Nyu Cersidə qərərgahlanan uşaq oyuncaqları şirkəti acınacaqlı Milad bayramı alış-veriş fəsilinin ardınca 180 mağazasını bağladığını elan etdikdən cəmi bir neçə həftə sonra, çərşənbə günü yerdə qalan 700 mağazasını ya bağlayacağını, ya da satacağını bildirib.

1948-ci ildə Vaşinqton şəhərində kiçik uşaq mebel dükanı kimi fəaliyyətə başlayan Toys R Us 1980-ci illərdə bütün Birləşmiş Ştatlar boyu 2000 mağazasını açıb.

Lakin şirkət müştərilərini Walmart, Target və internet satış mağazası Amazon kimi digər nəhəng və endirimli mağazalara uduzurdu.

2005-ci ildə iki fərdi səhimdar firmalar tərəfindən alınandan bəri 5 milyard dollar borcu olan şirkət ötən ilin sentyabrında iflasdan müdafiə üçün müraciət etmişdi.

Toys R Us çərşənbə günü Britaniyadakı bütün mağazalarını da bağlayacağını elan edib.

XS
SM
MD
LG