Accessibility links

Traktorsazinin iki qadın azarkeşinin saxlanıldığı bildirilir


İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan Təbrizin Traktorsazi futbol komandasının qadın azarkeşləri kişi geyimində qadınların stadiona giriş qadağasına meydan oxuyurlar.

Martın 13-də Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçını izləmək üçün kişi paltarınsa girərək stadiona girməyə çalışan iki qadın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Kişi qılığına girərək stadiona girməyə çalışdıqları zaman nəzarət altına alınan azarkeşlər
Kişi qılığına girərək stadiona girməyə çalışdıqları zaman nəzarət altına alınan azarkeşlər

Bu haqda xəbər yayımlayan Tasnim xəbər agentliyi nəzarət altına alınan qadın azarkeşlərin taleyi ilə bağlı əlavə məlumat verməyib.

Sosial mediada stadiona girməyə nail olan bir gənc qadının da şəkilləri paylaşılıb.

Keçən illərdə də Traktorsazi oyunlarını Təbriz stadionu ətrafındakı təpələrdən izləyən qadın azarkeşlər İran polisi tərəfindən saxlanılıblar.

Türk fəalların yayımladığı posterdə qadınlar stadiona giriş yasağına meydan oxumağa dəvət edir
Türk fəalların yayımladığı posterdə qadınlar stadiona giriş yasağına meydan oxumağa dəvət edir

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktorsazi klubu ölkədə türk kimliyinin bir simvolu kimi dəyərləndirilir.

XS
SM
MD
LG