Accessibility links

İranda sanki bir Traktor bumu yaşanır


İranda sanki bir Traktor bumu yaşanır
İranda sanki bir Traktor bumu yaşanır

Komandanın oyunları zamanı “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “Ana dili rəsmi olsun” kimi bir çox milli və mədəni şüarlar səslənilir. Piruzi və Traktorsazi komandaları arasında bir sıra mübahisəli anlar yaşandı və iki oyun zamanı azarkeşlər olmadan oyunun davam etdirməsi milləti qəzəbləndirdi.

Sual:İranda sanki bir traktorsazi bumu yaşanır. Traktorsazi fudbol komandasının seyirçiləri siyasi şuarlar səsləndirməkdədir və bu günlərdə İranda, Təbrizdə qarşıdurmada olubdur. Bununla bağlı nə deyə bilərsiniz?

Cacab:Traktorsazi komandası İran türklərinin komandası kimi tanınıb və hətta buna İranda yaşıyan Türklərin komandası adı da verilibdir. Piruzi və Traktorsazi komandaları arasında bir sıra mübahisəli anlar yaşandı və iki oyun zamanı azarkeşlər olmadan oyunun davam etdirməsi milləti qəzəbləndirdi. Azarkeşlər Avqustun birində Təbrizdə toplaşaraq öz etirazlarını bildirmək istədilər. Bir çox şəhərlərdən buraya, Təbrizdəki Saat meydanına insanlar gəlmişdilər. Orada xüsusi qvardiya ilə azarkeşlər arasında toqquşma baş verdi. 50 nəfərə yaxın azarkeş hadisədə həbs olundu. Onlardan hələki beşinin adları məlum olubdur, Daroş İbatfur, Məhəmməd Tacdehi, Nina Canu və başqa iki nəfərdə var ki, adları məlum olubdur. Qalanları harada olduqları barədə hələdə məlumat yoxdur.

Sual:Zəhmət olmasa Traktor sazi komandasının azarkeşlərinin səsləndirdikləri şuarlardan da danışın. Çün ki, burada azarkeşliklə bağlı, komanda ilə bağlı şüarlar səsləndirlimir. Həmişə milli və siyasi şuarlar səsləndirilir.

Cavab: Oyunlar zamanı bir çox milli və mədəni şüarlar səslənilir. Məsələn “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “Ana dili rəsmi olsun”kimi şüarlar onların siyahısına daxildir. Ondan başqa “Əsasqanunun 15-ci maddəsi yerinə yetirilsin” və birsıra başqa şüarlarla çıxışlar ediblər. Bir çoxları bu növ şüarlara o qədər alüdə olurlar ki oyunun sonunda hesabın neçə olduğunuda bilmirlər. Bu onu göstərir ki, tamaşaçıların bir hissəsi üçün oyunu izləməyə gəlmək bir bəhandir. Əslində onlar öz haqlarını oyunun köməyi ilə efir vasitəsi ilə ictimayətə İran xalqına çatdırmaq istəyirlər.

Sual: Yəni burda idman yarışı bir başqadır və azarkeşlərin arzuları bir başqadır.Toplaşmaq üçün başqa bir yol olmadığı üçün azarkeşlər idman yarışına gələrək, öz toplaşmaq hüquqlarından istifadə edərək öz arzularını bildirirlər. Bu şüarların hökumətə təsiri nə qədərdir?

Cavab: Təbii ki, bir çox hakimiyyət qüvvələri bu hallara çox sərt reaksiyalar göstərir. İki və ya üç ay bundan əvvəl traktorsazi komandasının bir neçə azarkeşini yaxalayaraq üç ay həbsə məhkum ediblər. Onlardan bir Məhəmməd Hüseynzadədir. Başqa azarkeşlər rejim tərəfindən təzyiqlərə və təhtidlərə məruz qalmışılar. Rejim onlara futbol oyunlarını izləməyə getməyi də qadağan ediblər.

Sual: Yadımdadır bir vaxtlar Babək Qalasına yürüşlər təşkil etməklə, bəzi mətbuat orqanlarındakı yazılarla ictimai etirazlar bildirilirdi. Sonralar bazarlar bağlandı . İndi isə idman yarışında ictimayi etirazlar bildirilir. Bundan sonrakı etirzlar özünü hansı formada göstərə bilər

Cavab: Mən elə düşünürəm ki, bu etiraz aksiyasi son olacaq Azerbaycan Türklərinin təşkilatlanması yaxşı olarsa öz nəticəsini verib və İran daxili demokratik bir qurum yaratmaq olar bilər.

XS
SM
MD
LG