Accessibility links

Traktorsazinin yeni sponsoru Türkiyədən


İran və Türkiyə mediası Türkiyədə qərargahlanan beynəlxalq hava yolları şirkəti Atlas Global-ın Təbrizin Traktorsazi (Traxtor) komandasının yeni sponsoru olduğunu bildirirlər.

Anadolu agentliyi və Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən internet portalları bu haqda məlumat yayıb.

Məlumata görə, Türkiyədə “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi tanınan Traktorsazi İran milli futbol çempionatı oyunlarının yeni mövsümündə üzərində Atlas Global şirkətinin logosu olan formalarla meydana girəcək.

Traktorsazi və Atlas Global məsullarının görüşməsi
Traktorsazi və Atlas Global məsullarının görüşməsi

Traktorsazi klubunun rəsmi veb səhifəsi iyulun 26-da əyinlərində yeni formaları ilə üç oyunçusunun şəklini yayıb.

Formaların ortasında həmin şirkətin logosu və adı, logonun üzərində isə daha kiçik bir ölçüdə Urmiyə Gölünün şəkli dərc edilib.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çoxsaylı azarkeşi olan “Traxtor” komandası davamlı olaraq Türkiyə mediası, o cümlədən Hürriyet, Milliyet və Yeni Şafak kimi əhəmiyyətli qəzetlərin gündəmində olur. Həmin qəzetlər Traktorsazi komandasını “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edirlər.

XS
SM
MD
LG