Accessibility links

Türkiyə çempionu "dünyanın ən çox tərəfdarı olan türk komandası Traktorsazi" ilə yarışacaq


Türkiyə Super Liqasının kubok təqdimetmə törənində görüşən Təbrizin Traktorsazi futbol klubu başqanı Mustafa Acurlu və Türkiyə çempionu Beşiktaş klubunun ikinci başqanı Ahmet Nur Çebi iki komanda arasında hazırlıq matçının keçiriləcəyinə dair qərarı açıqlayıblar.

Bu haqda məlumatı İranın yarı-rəsmi xəbər agentliyi Tasnim açıqlayıb.

Agentliyin məlumatına əsasən, Traktorsazi və Beşiktaş arasında keçiriləcək ev və səfər matçlarının tarixi hələ dəqiqləşməyib. İki klubun məsulları digər sahələrdə də əməkdaşlıqlarını artıracaqlarını bildiriblər.

Mustafa Acurlu və Ahmet Nur Çebi
Mustafa Acurlu və Ahmet Nur Çebi

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan “Traxtor” komandası və Türkiyə çempionu Beşiktaş arasında bir yarışmanın geniş əks-səda doğuracağı gözlənilir.

İki klub arasında hazırlıq matçı planlamalarına dair məlumatı Türkiyə mediası bir neçə həftə öncə yayımlamışdı.

“Beşiktaş İran Liqasında mücadilə edən və dünyanın ən çox tərəfdarı olan türk komandası ünvanının sahibi Traktorsazi ilə də qarşılaşma yapmağı planlayır,” keçən may ayında TRT tele kanalı və Milliyet qəzeti məlumat vermişdi.

XS
SM
MD
LG