Accessibility links

Trampın insan hüquqları haqqında danışmaması tənqidlərə səbəb olub [Video]


Trampın insan hüquqları haqqında danışmaması tənqidlərə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Trampın insan hüquqları haqqında danışmaması tənqidlərə səbəb olub

Birləşmiş Ştatlar prezidenti Donald Tramp və onun filippinli həmkarı Rodriqo Duterte Asiya ölkələrinin sammiti çərçivəsində görüşdükləri zaman Manilada etirazçılarla polis arasında qarşıdurma oldu.

“Biz inanırıq ki, bu görüş filippinlillər üçün faydalı heç nə gətirməyəcək. Əksinə, insan hüquqları ilə bağlı vəziyyət daha də gərginləşəcək…”

Sammitin keçirildiyi zalda isə Tramp insan hüquqları ilə bağlı suallardan yayınaraq, regional vəhdəti vurğulayıb.

“Biz regiondakı tərəfdaşlarımızı güclü, müstəqil və çiçəklənən görmək istəyirik. Öz talelərinə cavabdeh və heç kimdən asılı olmamalarını istəyirik. Bizim bu regionla bağlı fikirlərimiz prinspilərimiz əsasında formalaşıb.”

Tramp ilə Dutertenin görüşündə Filippində narkotiklərə qarşı müharibə çərçivəsində həyata keçirilən fövqəl-hüquqi tədbirlər və qətllərin müzakirə olub-olmaması haqqında müxtəlif xəbərlər yayılmışdı. Hüquq müdafiəçiləri bu tədbirləri insanlığa qarşı cinayət kimi qiymətləndirir.

Ağ Ev mətbuat katibi Sara Hakabi Sanders görüş zamanı Dutertenin anti-narkotik kampaniyası müstəvisində insan hüquqlarının qısaca müzakirə olunduğunu bildirib. Filippin prezidentinin sözçüsü isə əksini dedi.

“Görüş zamanı insan hüquqları, fövqəl-hüquqi qətllər müzakirəsi olmayıb. Yalnız Filippində keçirilən anti-narkotik müharibəsi haqqında prezident Duterte geniş məlumat verib.”

Müxbir foto çəkilişi zamanı bu barədə sual vermək istəyəndə, onun sözünü kəsdilər.

Trampın ictimaiyyət qarşısında xoşuna gəlmədiyi suallardan yayınması sosial mediada təpkiyə səbəb olub. Respublikaçılar partiyasının aparıcı üzvlərindən biri senator Con Makkeyn Twitter-də bu sözləri yazıb:

“Göründüyü kimi insan hüquqları Duterte ilə görüşdə prioritet deyil. Çox təəssüf.”

“İnsan hüquqları məsələsini qaldıra bilməmək avtoritar liderləri daha da gücləndirir. Ona görə də səhv etməmək lazımdır. Vyetnam və Kamboca kimi hökümətlər dünyanın hərəkətsizliyini gördükdə həyata keçirdikləri təqiblər daha da güclənir və onları daha da aqressiv edir. ”

12 günlük təmtəraqlı mərasimlərdən, rəsmi qəbullardan, işıqlı gələcək üçün qaldırılmış qədəhlərdən sonra Tramp ABŞ-a geri dönərək, Şimali Koreya və ticarət mövzusunda nailiyyətlərini vurğulayacaq. Lakin insan hüquqları müdafiəçiləri onun administrasiyasından narazı qaldılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG