Accessibility links

Klinton və Tramp seçkinin taleyini həll edəcək ştatlarda kampaniya aparır


Namizədlər seçkilərdə mühüm ştatlarda kampaniya aparır
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Noyabrın 8-i prezident seçkiləri günü yaxınlaşdıqca demokrat Hillari Klinton və respublikaçı Donald Tramp əsas diqqəti ABŞ-ın növbəti prezidentinin kim olacağını müəyyən edəcək mühüm ştatlarda kampaniya aparır. Birləşmiş Ştatlarda prezident hər ştatdan Seçki Kollegiyasına səslərin verilməsi yolu ilə seçilir. Hər bir ştatda birbaşa səsvermə yolu ilə qələbə çalan namizəd həmin ştatın kollegiyada nümayəndələrinin səsini qazanır.

Seçki kampaniyasının son günləri Hillari Klinton və Donald Tramp seçkinin nəticələrinə təsir göstərəcək ştatlarda kampaniya aparır. Tramp Ohayo və Nyu Hempşirdə, Klinton isə Florida və Nevadada olub.

Birləşmiş Ştatlarda son bir neçə prezident seçkisində kəskin siyasi ayrılıqlar müşahidə edilib. Respiblikaçılara tərəfdar olan ştatlar qırmızı, demokratlara dəstək verənlər isə göy ştatlar kimi göstərilir.

Siyasi təhlilçi Stiven Veyn. “Bir sıra ştatlarda bir partiya o qədər irəlidədir ki, ştatda prezident seçkiləri səviyyəsində maliyyə resursları xərcləməyə ehtiyac yoxdur.”

Siyasi ekspert Ceremi Meyer deyir ki, buna görə prezidentliyə namizədlər diqqətlərini bir neçə mühüm ştata yönəldir.

“Müasir prezidentlik kampaniyasında siz təxminən 12 ştatda kampaniya aparırsınız. Siyahı ildən-ilə dəyişə bilər. Lakin son üç seçkidə vəziyyət demək olar eyni olub.”

Seçkinin taleyini həll edə biləcək ştatlara Florida və Ohayo, eləcə də onlardan daha kiçik olan Şimali Karolina, Nevada və Nyu Hempşir ştatları daxildir.

1992-ci ildə Bill Klintonun qələbəsindən sonra demokratlar mühüm ştatlarda daha çox uğur qazanır. Təhlilçi Ostin Hartın sözlərinə görə, bu, Tramp üçün bu il bir sınaqdır.

“O, Florida, Ohayo və yəqin ki Kolorado və Nevadada səsləri qazanmalıdır. O bacarsa, Pensilvaniyada səsləri almalıdır. Buna görə də onun qarşısında böyük bir yük durur.”

Kampaniyanın son günləri namizədlər bir sıra ştatlarda seçicilərin kiçik qrupları ilə görüşür.

Ekspert Cennifer Loless. “Məsələ indi müstəqil seçicilərdədir. Amma burada söhbət müstəqil seçicilərin kiçik bir qrupundan gedir. Bunlar mühüm ştatlardakı müstəqillərdir. Buna görə də, biz əhalinin çox kiçik bir qrupu haqda danışırıq.”

Rəy sorğuları Klintonun həm ölkə üzrə, həm də mühüm ştatlarda Trampdan irəlidə olduğunu göstərir. Amma Tramp hələ də Ohayo, Florida və Şimali Karolina kimi mühüm ştatlarda rəqabətə davam gətirə bilir.

XS
SM
MD
LG