Accessibility links

ABŞ prezidenti ilk xarici səfərinə başlayır


ABŞ prezidenti ilk xarici səfərinə başlayır. Donald Tramp sələfinin siyasətini 180 dərəcə dəyişərək, dünyanın ən böyük 3 dininin mənbəyi olan Yaxın Şərqə səfər edir.

Yaxın Şərq siyasəti institutunun direktoru Robert Satloffun bildirdiyinə görə, Trampın səfəri anti-Obama siyasətidir. O, bu siyasəti Obamanın xarici siyasətinin Tramp erasına keçid kimi qiymətləndirib.

“Obama birbaşa insanlarla ünsiyyətdə idi. Yaxın Şərqə səfəri zamanı assambleyalar, parlamentlər deyil, universitetlərə üz tuturdu. O, ərəb dünyası ilə yeni balans yaratmağa çalışırdı. Tramp isə belə etməyəcək”, Satloff bildirib.

Tramp daha sonra israil və Vatikanı ziyarət edəcək.

Simvolik ilk səfər

Trampın səfərinin ilk dayanacağı Səudiyyə Ərəbistanı olacaq. İslamın ən müqəddəs məbədləri yerləşən o ölkədə prezidenti Kral Salman qarşılayacaq. 1.5 milyard sünni müsəlmanı təmsil edən Səudiyyə Ərəbistanı 20 nəfərdən ibarət qarşılama komitəsi yaradıb.

lk xarici səfərə başlamazdan əvvəl Donlad Tramp Misir və Türkiyənin dövlət başçıları Əbdel Fətah Əl-Sissi və Rəcəb Tayyib Ərdoğan da daxil edilməklə, bir neçə müsəlman ölkəsinin prezidentlərini qəbul edib.

Prezidentin təhlükəsizlik müşaviri H.R. Makmasterin dediyinə görə, Tramp sünni liderlərə bəşəriyyətə qarşı cinayətlərə bəraət üçün istifadə edilən radikal islama qarşı ciddi mesajını çatdıracaq.

“Tramp ərəb və müsəlman tərəfdaşlarını sülhün təbliği və İŞİD, İran, Əl-Qaidə və Əsəd rejiminə qarşı ciddi addımlar atmağa çağıracaq ”, Makmaster bildirib.

Mesajın Obamanın İranla bağlı siyasətindən narahat olan sünni liderlər tərəfindən müsbət qarşılanacağı gözlənilir.

Tramp səfərini NATO üzvlərinin görüş keçirdiyi Brüsseldə davam etdirəcək.

ABŞ dövlət başçısı səfərinə Böyük Yeddiliyin sammiti keçiriləcək Siciliya adasında son qoyacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG