Accessibility links

Tramp Makronu tənqid edib


ABŞ prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronun NATO-nu “ölü beyin” adlandırmasına dair bəyanatını tənqid edərək, onun dediklərini “çirkin bəyanat” adlandırıb.

Sarı jiletlilər hərəkatı, mövsümün müəyyən çətinlikləri yaşanan bir vaxt NATO-ya hörmətsizlik qəbuledilməzdir

NATO-nun baş katibi Yens Stoltenberqlə London sammitindən öncə keçirilən mətbuat konfransında Tramp Fransa liderinin üzləşdiyi ölkədaxili probemlərinə görə NATO-nu tənqid etmək mövqeyinə malik olmadığını deyib.

"Fransada olan çətnliklər baxımından belə sərt bəyanatla çıxış edə bilməzsiniz. Sarı jiletlilər hərəkatı, mövsümün müəyyən çətinlikləri yaşanan bir vaxt NATO-ya hörmətsizlik qəbuledilməzdir"- deyə, prezident bildirib.

Londonda keçiriləcək NATO liderlərinin sammitindən əvvəl Makron Parisdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

"Əsl ittifaq sözlərdə deyil, əməllər və qərarlardadır. Buna görə də mən müttəfiqlər arasında əsl dialoqun olmasını istəyirəm" - deyə, Makron Stoltenberqlə birgə keçirilən mətbuat konfransında bildirib.

Makron bu çağırışını alyansı "ölü beyin" adlandırmasından üç həftə sonra edib.

Makron son şərhlərinin "oyanış çağırışı" olmasından məmnun qaldığını və "yalnız maliyyə və texniki məsələlər haqqında danışmağa davam etməyin məsuliyyətsizlik olduğunu" deyib.

Fransa prezidenti NATO-nun bundan əvvəlki iki sammitində "Birləşmiş Ştatlar üçün maliyyə xərclərinin necə azadılması" mövzusunun diqqət mərkəzində olduğundan təəssüfləndiyini bildirib.

Makronla Tramp görüşü bu gün baş tutmalıdır.

Tramp 2017-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bəri müdafiə xərclərinə ciddi diqqət yetirir və ABŞ-ın üzərinə düşən maliyyə öhdəliklərinin çoxluğundan şikayət edir.

Yens Stoltenberq Trampın liderliyinin məsələyə ciddi təsirindən danışıb. O, liderlərin büdcə, əks-terrorizm səyləri, silahlara nəzarət, Çin və Rusiya ilə əlaqələr kimi məsələləri müzakirə etməsinin vacibliyini vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG