Accessibility links

ABŞ prezidenti vəzifəsinin 500-cü gününü qeyd edir


ABŞ prezidenti bu gün vəzifəsinin 500-cü gününü qeyd edir. Donald Tramp bir çoxlarının onun digər prezidentlərdən daha çox nailiyyət əldə etdiyinə inandığını bildirib.

Dövlət başçısı 500 gün ərzində vergilərin ixtisarı, ABŞ ordusunun inkişafı, cinayətkarlıq və qanunsuz mühacirətin azaldılması, Hhabelə iqtisadi inkişaf və sərhədlərin möhkəmləndirilməsi kimi nailiyyətlərini diqqətə çatdırıb.

Dövlət başçısı kimi Ağ Evə 17-ci aydır sahiblik edən Tramp hələ də ölkədə ziddiyyətli fiqur olaraq qalır. Rəy sorğularına görə, amerikalıların 52.8 faizi onun vəzifəsinin icrasından razı deyil.

Prezident bir ildən artıqdır Rusiyanın 2016-cı seçkilərə müdaxiləsinə dair təhqiqatın diqqət mərkəzindədir.

Rusiya ilə əlaqəsini dəfələrlə inkar edən Tramp Twitterlərinin birində belə yazıb. "Bir çox hüquqşünasın dediyi kimi, mən özümü ƏFV etmək hüququna malikəm. Lakin bunu nə üçün etmıliyəm. Bir halda ki, səhv heç bir iş görməmişəm?"

Daşınmaz əmlak maqnatı respublikaçı siyasətçilərin populyarlığını artıran seçicilər sayəsində ABŞ-ın 45-ci prezidenti seçilib.

Müstəqil seçicilər, xüsusilə də demokratlar onun prezidentliyini tənqid etməkdə davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG